Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən bir neçəsinin Anım Günü və Şəhadətə ucaldığı gündür.
13 oktyabr 2025-ci il tarixində Bakılı İkinci Vətən Müharibəsi Şəhidləri-əslən İmişlili Əli Aydın oğlu Tağıyev və Murad Qurbanovun Anım günləridir, onların Əbədiyyətə uğurlanmalarından beş il keçir.
Anım Günləri ilə bağlı bu gün hər iki Şəhidi Badamdar qəbiristanlığında yerləşən Şəhidlər məzarlığındakı məzarları ziyarət olunub.
Məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.
Ruhlarına dualar edilib, “Quran” oxunub.
Şəhidlərin ailələrinə, doğmalarına, anaları-Təranə xanıma və Mehriban xanıma Allahdan səbr və dözüm arzulanıb.
Məktəblillər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Şəhidlərin məzarlarını ziyarətdən sonra isə “Qəsr” mərasim evində Anım mərasimi düzənlənib, adlarına ehsan süfrəsi açılıb, bir daha ruhlarına dualar olunub.
Xatirə fotoları çəkdirilib.
Şəhidlərin məzarlarını ziyarətdə və adlarına açılan ehsan süfrələrində ailə üzvləri, doğmaları, Səbailli Şəhid ailələri, müəllim və şagirdlər, ziyalılar, din xadimləri və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbərir ki, Bakının Səbail rayonundan olan Murad Qurbanov 1996-cı ilin martın 21-də, Novruz bayramında dünyaya gəlsə də, doğum şəhadətnaməsində martın 23-ü yazılıb.
Ailənin iki övladından biri-evin tək oğlu, tək bacının tək qardaşı olub.
Anası Mehriban xanım tərəfindən təkbaşına böyüdülüblər.
Orta məktəbi 51 saylı məktəbdə, 9-cu sinifə kimi oxuyub.
Sonra Bakı Dövlət Sosial-İqtisad Kollecinə daxil olub və təhsilini orada davam etdirib.
Təhsili bitirdikdən sonra hərbi xidmətə yollanıb, Tərtər istiqamətində hərbi hissələrdən birində xidmət edib.
Hərbi xidmət zamanı Aprel döyüşlərində-Ağdamın Quzanlı kəndi və Tərtərin Qapanlı kəndi istiqamətindəki döyüşlərdə iştirak edib.
Hərbi xidmətini başa çatdrdıqdan sonra evinə, ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb.
2020-ci ilin avqust ayının 20-də sevdiyi qızla nişanlanıb.
İkinci Vətən Müharibəsi zamanı isə evdə heç kimə demədən könüllü şəkildə müharibəyə yollanıb.
Oktyabr ayının 11-də Hadrut istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Nəşi 3 gün sonra-oktyabrın 14-də Badamdar qəbiristanlığında, Şəhidlər məzarlığında dəfn olunub.
Şəhidliyindən sonra 4 medalla təltif olunub.
Ancaq anası Mehriban xanım Muradın həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.
Oxuduğu məktəbin foyesində büstü ucaldılıb.


***

Əslən İmişlili, özü isə ailə birlikdə Bakı şəhərinin Səbail rayonunun “20-ci sahə” adlanan yaşayış massivində yaşamış Əli Aydın oğlu Tağıyev isə 1997-ci ilin avqust ayının 7-də dünyaya gəlib.
Ailədə 3 övlad, 3 qardaş olublar.
O, həm də qardaşı Məhəmmədlə ailənin əkiz övladlarından idi.
2003-cü ildə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbə gedib.
2012-ci ildə orta məktəbin 9-cu sinfini bitirib və Bakı Peşə Liseyinə daxil olub.
2015-ci ildə Üçüncü dərəcəli Veb-dizayner ixtisasına yiyələnərək, Peşə Liseyini bitirib.
2016-cı ildə həqiqi hərbi xidmətə çağrılıb, Aprel döyüşləri zamanı Goranboy və Murovdağ ətrafı mübarizədə nümunəvi əsgər adını qazanıb.
2017-ci ilin iyul ayının 1-də xidmət etdiyi hərbi hissənin rəhbərliyi tərəfindən Fəxri fərmanla təltiflənib, ailəsinə bir neçə dəfə təşəkkür məktubu ünvanlanıb.
2017-ci ildə Bakı şəhərində yerləşən Dizayn və Vizualogiya Məktəbində təhsilini davam etdirib.
İkinci Vətən Müharibəsi başlayandan iki gün sonra, sentyabrın 29-da da könüllü kimi döyüşlərə yollanıb.
Hadrut istiqamətində döyüşlərdən birində ağır yaralanaraq, qəhrəmancasına Şəhid olub.
Nəşi oktyabrınn 13-də Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra 3 medalla təltif edilib.
Ailəsi isə Əlinin eyni zamanda, ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
Əli də Murad kimi nişanlı olub.
Ancaq Murad kimi Onun da arzuları, xəyalları yarımçıq qalıb…
Bu yaxınlarda isə Əlinin atası-şəkər xəstəliyindən əziyyət çəkən Aydın Tağıyev dünyasını dəyişib, hələ qırxı çıxmayıb.
Ruhları şad olsun!
Nurlar içində yatsınlar!
11:59
***
FOTOLAR





K.HƏMZƏOĞLU
Etikxeber.az





