Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Goranboylu və Naftalan şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-ailənin üç övladından biri, evin tək və ailəli oğlu, iki qız övladı Vətənə əmanət qalan, Aprel döyüşlərinin iştirakçısı, MAXE Bəhruz Firuz oğlu Quliyevin Anım Günü ilə bağlı bu gün-11 sentyabr 2024-cü il tarixində, səhər saatlarında Naftalan qəbiristanlığındakı məzarı ziyarət olunub.
Etikxeber.az xəbər verir ki, 1990-cı ilin may ayının 9-da dünyaya gələn və 2020-ci ilin oktyabr ayının 11-də Əbədiyyətə uğurlanan 3 medallı Bəhruz Quliyevin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib.
“Quran” oxunub, məzarı önündə qısa çıxşılar edilib.
Ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Məktəblilər tərəfindən şeirlər səsləndirilib.
Məzarını ziyarətdən sonra “Ay-Ulduz” şadlıq sarayında Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.
Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, yaxınları, Naftalan və Goranboylu Şəhid ailələri, Qazilər, din xadimləri və digər şəxslər iştirak ediblər.
14:03
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az