Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün həm Bakılı, həm də Ucarlı İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-iki övladı Vətənə əmanət qalan, evin-ailənin tək oğlu, üç medal və bir ordenli Orxan Zöhrab oğlu İsmayılovun Anım Günüdür.
Etikxeber.az xəbər verir ki, Anım Günü, Əbədiyyətə uğurlanmasının dördüncü ili ilə bağlı Şəhidin ailəsinin Bakı şəhərinin Xətai rayonunda yaşadığı evdə Anım mərasimi düzənlənib.
Anım mərasimindən öncə isə xeyirxah insanlar tərəfindən başa gətirilmiş və Şəhidini adını daşıyan “Şəhid bulağı”nın açılışı olub.
Açılışda çıxışlar edilib.
Çıxışlarda tarixi İkinci Vətən Müharibəsindən, Qələbə və Zəfərimizdən, Orxan İsmayılov da daxil olmaqla, Şəhidlərimizin Vətən naminə fədakarlıqlarından söz açılıb.
Cəmi Şəhidlərimizin, içində də Orxan İsmayılovun ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Şəhidin anası Həcər xanım da öz növbəsində ailəsi adından əməyi, zəhməti keçən hər kəsə, o cümlədən Anım Günü mərasiminə gələnlərə, xüsusilə, Şəhid ailələrinə minnətdarlığını ifadə edib.
Eyni zamanda, məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Sonda Şəhidin ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi açılıb, ruhuna dualar edilib, “Quran” oxunub.
Nur içində yatsın!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az