Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Bakılı Əkbər Bəylər oğlu Pənahovun Anım, Yardımlılı-Avaşlı Mahmud Əflatun oğlu Mayıllının doğum günüdür
Əkbər Pənahovun Əbədiyyətə uğurlanmasından üç il keçir.
Mahmud Mayıllının isə 22 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Əkbər Pənahovun Anım Günü ilə bağlı bu gün səhər saatlarında İkinci Fəxri Xiyabanda-İkinci Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq, sonra Xiyabandakı mərasim evində adına ehsan süfrəsi təşkil olunacaq.
Mahmud Mayıllının isə Cənnətdəki dördüncü günü ilə əlaqədar öncə Avaş kənd qəbiristanlığındakı məzarı ziyarət ediləcək, sonra ailəsinin yaşadığı evdə məclis düzənlənəcək, adına ehsan süfrəsi açılacaq.
Etikxeber.az xəbər verir ki, əslən Gürcüstanlı olan Əkbər Pənahov 1990-ci ilin avqust ayının 12-də Bakı şəhərində dünyaya gəlib.
Ailədə iki övlad, iki qardaş olublar.
O, ali hərbi təhsilli-peşəkar hərbçi, Azərbaycan Ordusunun Kapitanı olub.
İkinci Vətən Müharibəsi zamanı Murovdağ istiqamətində gedən qanlı döyüşlərdə, sentyabrın 27-də qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.
Ancaq uzun müddət onun nəşini əldə etmək mümkün olmayıb.
Nəşi 9 ay yarımdan sonra, 2021-ci ilin iyulun 10-da tapılıb və iki gün sonra, 12 iyul tarixində İkinci Fəxri Xiyabanda-İkinci Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhidliyindən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və bir neçə medalla təltif olunub.
Həmçinin, Şəhidliyindən öncə bir sıra medallara layiq görülüb.
Əkbər Pənahov eyni zamanda, ailəli, iki övlad atası idi.
***

Mahmud Mayıllı isə 2002-ci ilin iyul ayının 12-də Yardımlı rayonunun Avaş kəndində-sadə bir ailədə dünyaya gəlib.
2008-2019-cu illərdə orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə daxil olub.
18 yaşının tamamından sonra, 2020-ci ilin yayında həqiqi hərbi xidmətə çağırılıb.
İkinci Qarabağ Savaşında da Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.
Və 2020-ci ilin oktyabr ayında Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Ancaq Onun da nəşi bir müddət sonra tapılıb və noyabr ayının 30-da Avaş kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra medallarla təltif olunub.
O, həm də subay idi.
Hər iki Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az