Bu gün Aşuradır…

Bu gün Azərbaycanda Aşuradır.

Etikxeber.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QM) Qazılar Şurası və Elmi-Dini Şura Məhərrəm ayı ilə bağlı  fətvasına əsasən, hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edir.

Qeyd edək ki, bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəmin onuncu günü olan Aşura hicri 61-ci ildən şəhadət və hüzn günü kimi yad edilir.

Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyn (ə), o Həzrətin (s) digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilmiş, ailələri əsir alınmışdır.

Bununla yanaşı, İmamın (ə) haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsidir.

Odur ki, İmam Hüseyn (ə) əzadarlığı ölkəmizdə də bədbinlik və ümidsizliyə deyil, Vətən və iman sevgisinə, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizəyə çağırış ruhunda olmalıdır…

Etikxeber.az

Read Previous

AVRO-2020: VI tur və daha 10 qarşılaşma – TURA BU GÜN YEKUN VURULACAQ

Read Next

XUDU MÜƏLLİMİN MƏKTUBU – Rafael Hüseynov yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir