Bu gün Azərbaycan klublarının Çempionlar və Avropa Liqasındakı ilk rəqibləri müəyyənləşəcək

Bu gün UEFA-nın qərargahında futbol üzrə Çempionlar Liqasında 2017/2018-ci il mövsümünün ilk püşkatma mərasimi olacaq.

Etikxeber.az xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qitənin ən nüfuzlu klub turnirində ölkəmizi “Qarabağ” təmsil edəcək. Azərbaycan çempionu yarışa ikinci təsnifat mərhələsindən qoşulacaq və klubumuz səpələnmişlər sırasında yer alacaq.

Çempionumuzun mübarizəyə başlayacağı ikinci təsnifat mərhələsində 34 klub qüvvəsini sınayacaq. Püşkdə 29 komanda və birinci təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək.

Eyni zamanda, Bu Avropa Liqasının 2017/2018-ci il mövsümünün birinci və ikinci təsnifat mərhələsinin püşkü atılacaq, Azərbaycanın üç klubu – “Zirə”, “İnter” və “Qəbələ”nin rəqibləri müəyyənləşəcək.

Mübarizəyə birinci təsnifat mərhələsindən start verəcək “İnter” və “Zirə” səpələnmişlər sırasında qərarlaşıblar və nisbətən zəif rəqiblərlə qarşılaşacaqlar.

Azərbaycan Premyer Liqasının gümüş medalçısı “Qəbələ” isə ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq 16 komandadan biridir. Güclülərin arasında olan “Qəbələ” nisbətən zəif rəqiblə görüşəcək.

Etikxeber.az

Read Previous

“Özü karavanda qalsın, mən bayırda torpaqda yatacam…” – KILICDAROĞLUDAN ƏRDOĞANA MESAJ

Read Next

“Məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür…” – PREZİDENT – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir