Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Təkcə Azərbaycanda və Qafqazda deyil, bütün regionda və hətta dünyada böyük marağa səbəb olacaq Bakı Şopinq Festivalının proqramı geniş və rəngarəngdir. İlk dəfə təşkil ediləcək Bakı Şopinq Festivalı artıq start ərəfəsindədir.
Azərbaycan Konqreslər Bürosundan Etikxeber.az-a verilən məlumata görə, Bakı Şopinq Festivalına İçərişəhərin Qoşaqala qapısı tərəfindən girişində möhtəşəm şou-proqramla start veriləcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaxından dəstəyi ilə təşkil edilən, paytaxt sakinləri və şəhərimizin qonaqları üçün maraqlı və unudulmaz anların yaşanacağı proqramda respublikanın bir sıra tanınmış incəsənət ustaları çıxış edəcəklər.
Etikxeber.az