Bu gün Cənnətdəki altıncı doğum günü, 25 yaşı tamam olan, Bakıxanov Şəhidlər Xiyabanında məzarı ziyarət edilən-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, TƏK VƏ SUBAY OĞUL QƏLƏNDƏR ALIYEV… – FOTOLAR -YENİLƏNİB

Əslən Tovuzlu, özü isə Bakılı, Nizami rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi, 31 oktyabr 2001-ci il təvəllüdlü, ailənin iki övladından biri, evin tək və subay oğlu, tək bacının tək qardaşı, idmançı, bir neçə medallı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Qələndər Nofəl oğlu Alıyevin Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün-31 oktyabr 2026-cı il tarixində-səhər saatlarında Əbədiyyətə uğurlandığı Bakıxanov Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

2020-ci ilin oktyabr ayında Suqovuşan istiqamətində Azərbaycan Ordusunun Əsgəri kimi Şəhadətə ucalan, nəşi uzun müddətdən sonra tapılan və 2020-ci ilin 28 noyabrında Əbədiyyətə uğurlanan Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Şəhidin ruhuna dualar olunub, “Quran” oxunub.

Təhsil aldığı məktəbin şagirdləri tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Həmçinin, qısa çıxışlar edilib.

 Qələndər Alıyev də daxil olmaqla, Şəhidlərin Vətən naminə fədakarlıqlarından bəhs olunub.

Şəhidlərin daim qəlblərdə yaşadığı və yaşayacağı dilə gətirilib.

Xatirə fotoları çəkdirilib.

Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarətdən sonra Cənnətdəki altıncı doğum günü ilə bağlı “El” Mərasim evində məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Cəmi 19 yaşında Şəhadətə yüksələn Şəhidin ruhuna bir daha dualar edilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Ailəsinə-anası Sevda xanıma və atası Nofəl kişiyə Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki altıncı günü təbrik olunub.

Məzarını ziyarətdə və Cənnətdəki altıncı doğum günü ilə bağlı təşkil edilən məclisdə Şəhidin ailə üzvləri, Bakılı Şəhid ailələri, Qazilər, din xadimləri, müəllim və məktəblilər, digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü, 25 yaşı mübarək olsun!

Nur içində yatsın!

14:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsinin 31 oktyabr Şəhidləri, Anım və Şəhadət günləri olan-TƏK VƏ SUBAY ÖVLAD YUSİF BUDAQOV, İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN, AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ ÜLVİ CƏFƏROV VƏ SABAH CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜ, 25 YAŞI TAMAM OLAN QƏLƏNDƏR ALIYEV – FOTOLAR

Read Next

Qardaşı Qazi, özü isə Şəhid olan ailənin dörd övladından biri-Lənkəranlı Əli Mehdizadə və nəşi 26 gündən sonra-22 yaşının tamamında Əbədiyyətə uğurlanan, əmisi Birinci Vətən Müharibəsi Şəhidi olan Bakılı Sənan Abdullayev-SABAH ANIM, ŞƏHADƏT VƏ DOĞUM GÜNLƏRİDİR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir