Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidlərindən həm Füzulili, həm də Bakılı Teymur Tehran oğlu Məcidzadənin doğum günüdür.
Teymur Məcidzadənin bu gün-10 oktyabr 2026-cı il tarixində 34 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Teymur Məcidzadə 1992-ci ilin oktyabr ayının 10-da Füzulinin Gecəgözlü kəndində anadan olub.
Sonra məcburi köçkün kimi Bakı şəhərinə pənah gətiriblər.
Orta məktəbi bitirdikdən sonra-2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Dünya iqtisadiyyatı” üzrə ali təhsil alıb.
Leytenant hərbi rütbəsini daşıyan Teymur Məcidzadə İkinci Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib.


Noyabr ayının 9-da isə qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.
Nəşi İkinci Şəhidlər Xiyabanında-Hərbi Memorial Məzarlıqda dəfn olunub.
Şəhidliyindən sonra beş medal və bir ordenlə təltif edilib.
Teymur həm də subay və evin tək oğlu, tək bacının tək qardaşı olub.
***
Bu gün həm də Bakı şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əli Rahim oğlu Seyidovun Anım Günüdür.
Əli Seyidovun bu gün Əbədiyyətə uğurlanmasından altı il keçir.
Əli Seyidov 1999-cu ilin iyul ayının 11-də Bakı şəhərində, Ramana qəsəbəsində dünyaya gəlib.
Ailədə üç övlad, üç qardaş olublar.
Anaları Lalə Səlimova tərəfindən təkbaşına böyüdülüblər.
Qardaşlarından ikisi də subaydır.

2006-2017-ci illərdə Bakı şəhərində yerləşən 90 saylı tam orta məktəbdə təhsil alıb.
Eyni zamanda, idmanla məşğul olub, kikboksinq və ağır atletika üzrə yarışlarda birincilik qazanıb.
15 qızıl, 6 gümüş, 3 bürünc medalın sahibi olub.
2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə, Əsgərlikdə olub və həyatını Ordu, hərb ilə bağlayıb.
Azərbaycan Ordusunda MAXE, Xüsusi Təyinatlı-kəşfiyyatçı, Çavuş kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub və Suqovuşan istiqamətində ağr döyüşlərdən birində, oktyabrın 4-də qəhrəmancasına Şəhidlik məqamına yüksəlib.
Nəşi bir neçə gün sonra, 2020-ci ilin oktyabr ayının 10-da Bülbülə Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları və 2026-cı ilin 25 iyun tarixində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
O da Teymur kimi subay olub.
Ramana qəsəbəsində adını daşıyan küçə var.
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





