Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Şəhidlər-Mingəçevirli Elmin Samir oğlu Əlizadə ilə Cavid Ceyhun oğlu Əliyevin və Bərdəli Ərəstun Arif oğlu Xıdırovun Cənnətdəki doğum günləridir.
İkinci Vətən Müharibəsi Şəhidi Ərəstun Xıdırovun Cənnətdəki dördüncü, 16 noyabr 2021-ci il Şəhidi Elmin Əlizadənin Cənnətdəki üçüncü, antiterror Şəhidi Cavid Əliyevin Cənnətdəki ilk doğum günü, mövlududur.
Ərəstu Xıdırovun 26, Elmin Əlizadənin 21, Cavid Əliyevin isə 20 yaşı tamam olur.
Etikxeber.az xəbər verir ki, Cənnətdəki doğum günləri ilə bağlı bu gün səhər saatlarında Elmin Əlizadənin Mingəçevir Şəhidlər Xiyabanıdakı, axşam saatlarında isə Ərəstun Xıdırovun Bərdə Şəhidlər Xiyabanındakı, eləcə də Cavid Əliyevin Mingəçevir Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunub.
Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar edilib, “Quran” oxunub.
Məktəblilər tərəfindən şeirlər səsləndirilib, qısa çıxışlar olunub.
Şəhidlərin Cənnətdəki doğum günləri təbrik olunub, hər üçünün də ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.
Məzarlarını ziyarətdən sonra Mingəçevir və Bərdədə Şəhidlərin Cənnətdəki doğum günləri ilə bağlı məclis düzənlənib, adlarına ehsan və iftar süfrələri açılıb.
Bir daha ruhlarına dualar olunub.
Şəhidlərin məzarlarını ziyarətdə və Cənnətdəki doğum günləri ilə bağlı məclislərdə ailə üzvləri, doğmaları, Mingəçevir, Bərdə, Goranboy, Ağdam, Tərtər və Biləsuvarlı Şəhid ailələri, Qazilər, yerli ziyalılar, məktəblilər, din xadimləri və digər şəxslər iştirak ediblər.
Məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!
***
FOTOLAR:





***







***









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az