Bu gün Cənnətdəki dördüncü doğum günü, 33 yaşı tamam olan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELGÜN ABBASLI – ŞƏHİDİN MƏZARI ZİYARƏT OLUNDU, ADINA MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Həm Sumqayıt şəhərinin, həm də Laçın rayonunun İkinci Qarabağ Savaşı Şəhidlərindən olan-peşəkar hərbçi, MAXE-Gizir, bir övladı Vətənə əmanət qalan Elgün Ağayar oğlu Abbaslının Cənnətdəki dördüncü doğum günü, 33 yaşının tamam olması ilə bu gün saat 11:00 radələrində Sumaqyıt şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, 1991-ci ilin may ayının 16-da dünyaya gələn və 2020-ci ilin noyabrın 16-da Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanan Elgün Abbaslının məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Məzarı başında qısa çıxışlar olunub, tarixi İkinci Vətən Müharibəsindən, Şəhidin İgidliyi və Qəhrəmanlığından, 29 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan söz açılıb.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub.

Məzarını ziyarətdən sonra Cənnətdəki dördüncü doğum günü ilə bağlı Şəhidin ailəsi tərəfindən Sumqayıt şəhərində yerləşən “Kosmos” mərasim evində məclis düzənlənib, adına ehsan süfrəsi təşkil olunub.

Şəhid Abdulla Əhmədovun atası Hacı Əhməd Əhmədovun aparıcılıq etdiyi məclisdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Bir daha Şəhidin ruhuna dualar olunub, bir daha qısa çıxışlar olunub.

Həmçinin, Şəhid atası Hacı Əhməd Əhmədov və Sumqayıtlı İkinci Vətən Müharibəsi Şəhidi Səbuhi Həsənquliyevin anası, şairə Maisə Həsənquliyeva tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Bu zaman təsirli, kövrək, duyğulu anlar yaşanıb.

Şəhid ailələri, məclis iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.

Eyni zamanda, Şəhidə həsr edilmiş mahnı ifa olunub.

Daha sonra Şəhidin adına ehsan verilib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı təşkil edilən məclisdə ailə üzvləri, yaxınları, Sumqayıtdan olan Şəhid ailələri, din xadimləri, Qazilər və digər şəxslər iştirak ediblər.

13:30

***

FOTOLAR:

***

16:45

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Planetimizin müxtəlif bölgələrində, fərqli coğrafiyalarda baş verən geostrateji ziddiyyətlər beynəlxalq təhlükəsizlik arxitekturasının dəyişməkdə olduğunu göstərir, ikitərəfli və çoxtərəfli münasibətlərdə yeni yanaşmalar tələb edir…”-AZƏRBAYCAN PREZİDENTİ

Read Next

“Dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir…Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır…Təəssüf ki, bir qayda olaraq mövcud münaqişələr öz həllini tapmır…”-İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir