Bu gün Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq

Noyabrın 23-də UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.

Etikxeber.az xəbər verir ki, “A”, “B”, “C” və “D” qruplarında növbəti 8 matç keçiriləcək.

“A” qrupunda “Arsenal” (İngiltərə) və PSJ (Fransa) klubları artıq növbəti mərhələni təmin etdiyi üçün bu oyun yalnız qrup birincisinin kimliyi baxımından önəm daşıyacaq. Paralel qarşılaşmada isə Avropa Liqasına yollanacaq komandanın kimliyinə aydınlıq gələcək. “Ludoqorets” (Bolqarıstan) “Bazel” (İsveçrə) ilə üçüncülük uğrunda mübarizə aparacaq.

“B” qrupunda “Beşiktaş” (Türkiyə) “Benfika” (Portuqaliya) ilə üz-üzə gələcək. Türkiyə klubu evdə qalibiyyət sayəsində onaltıdabir final şansını artırmış olacaq. Eyni qrupda “Napoli” (İtaliya) “Dinamo”nu (Kiyev, Ukrayna) sınağa çəkəcək. İtaliya təmsilçisi 3 xal qazanarsa, birinci pilləyə yüksələcək.

“C” qrupunun sonuncusu “Seltik” (Şotlandiya) artıq mərhələ adlayan “Barselona” (İspaniya) ilə qarşılaşacaq. Digər görüşdə isə “Borussiya” (Mönhenqladbax, Almaniya) “Mançester Siti”ni (İngiltərə) qəbul edəcək. Bu oyunda qonaq komanda 1 xal sayəsində növbəti mərhələni rəsmiləşdirə bilər.

“D” qrupunda onaltıdabir final mərhələsinə vəsiqəni təmin etmiş “Atletiko” (Madrid) və “Bavariya” (Münxen) qrup sonuncuları olan PSV (Hollandiya) və “Rostov” (Rusiya) komandalarını sınağa çəkəcəklər.

Etikxeber.az

Read Previous

Qadın boksçularımız qızıl medal uğrunda rinqə çıxacaqlar

Read Next

Dövlətə yanlış məlumat verən sahibkarlar 1500 manata qədər cərimələnəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir