“Bu gün daha bir partiya maska köməkçim vasitəsilə lazımi ünvanlara çatdırıldı, gələn həftə də…”-JALƏ ƏLİYEVA

Bu gün daha bir partiya maska köməkçim vasitəsilə Zərdab rayonunun Otmanoba, Əlvənd, Şahhüseynli, Şəftəhal, Aşağı Seyidlər, Mehdililər, Şıxbağı, Gəndəbil, Ağabağı, Nəzəralılı, Qaravəlli, Körpükənd kəndlərinin, Ucar rayonunun isə Bərgüşad, Lək və Xələc kəndlərinin icra nümayəndələrinə təqdim edildi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, professor Jalə Əliyeva deyib.

“Eyni zamanda şəxsən müraciət edən ayrı ayrı şəxslərin də maska ehtiyacını qarşıladıq. Təşkilati işlərdə göstərdikləri köməkliyə görə hər iki rayonun icra hakimiyyətinə təşəkkür edirəm. Bunu da mütləq qeyd etməliyəm ki, bu gün paylanan maskalar gənc dostum Ramil Mehdiyevlə birlikdə ortaq töhfəmizdir. Bu dəstəyi üçün ona minnətdarlığımı bildirirəm. Gələn həftə də, qismət olarsa, daha bir miqdar göndərməyi planlayırıq. Hamınız sağ-salamat olun!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Qənirə Paşayeva Qarabağ müharibəsi əlilləri və onların ailələri üçün lazım olan bütün virusdanqoruyucu-TİBBİ LƏVAZİMATLARI GÖNDƏRDİ

Read Next

Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir