“Bu gün dünyada az qala bır sıra ölkələr dağılır, ancaq…” – ELDAR İBRAHİMOV – FOTOLAR

Büdcənin tərtibatı yüksək səviyyədə hazırlanıb.

Etikxeber.az xəbər verir ki, bunu noyabrın 7-də 2018-ci ilin dövlət büdcəsinin Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət,  İctimai birliklər və dini qurumlar,  Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komtələrinin birgə iclasında müzakirəsi zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov  deyib.

mm-budce-1

Komitə sədri deyib ki, bu gün dünyada az qala bır sıra ölkələr dağılır,  çünki  maliyyə-iqtisadi böhranı hələ də davam edir:

“Ancaq bunların fonunda Azərbaycan böyük sürətlə, dinamik şəkildə inkişaf edir, sabaha doğru inmala addımlayır. Bunlar da təbii ki,  ölkə Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində mümkün olub.

Biz vaxtilə arzulayardlıq, gözləyərdik ki, görəsən, aqrar sektora, kənd təsərrüfatının inkişafına nə qədər pul ayırlacaq…Ancaq indi 600-700 milyon manatlıq vəsaitdən söhbət gedir. Bu, elə iqtisadi inkişafın göstəricisi deyilmi?!

Həmçinin, ərzaq təhlükəsizliyinin təmin olunması üçün xərclərin həcmi 11-12 milyon manat artılır…Bu da balaca göstərici deyil.

Mən eyni zamanda  Naxçıvan Muxtar Respublikasını parlamentdə təmsil edən millət kimi, ölkə Prezidentinə öz minnətdarlığımı bildirirəm ki, blokada vəziyyətində olan Naxçıvana nəzərdə tutulan dövlət dotasiyasının həcmi 5 milyon manat artırılır. Bu, çox böyük işdir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Siyavuş Novruzov deputatların maaşının azlığından şikayətləndi və… YENİLƏNİB

Read Next

Vahid Əhmədov yenə bankları “topa” tutdu… YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir