“Əgər səhiyyə işçilərimizin bu qədər fədakarlıqlarına ehtiramımız, dövlətimizin gördüyü işlərə, atdığı addımlara sayğımız, minnətdarlığımız varsa…”-KAMİLƏ ƏLİYEVA NÖVBƏTİ DƏFƏ ÇAĞIRIŞ ETDİ

Bu gün olduqca əlamətdar bir gündür.Bu gün tibbi işçilərinin peşə bayramı günüdür. Bu günü də Azərbaycan xalqına, tibbi işçilərinə ərməğan, bəxş edən məhz Ulu Öndərimiz Heydər Əliyevdir. Məhz Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq, hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Odur ki, bu gün, bu peşə bayramı münasibətilə həm öz adımdan, həm də üzvü olduğu Səhiyyə komitəmizin adından bütün dəyərli tibbi, səhiyyə işçilərini təbrik edir, onlara can sağlığı, fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıram.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

Qeyd edib ki, bu günün, bu bayramın qeyd edilməsinin indiki günlərimizdə, ağır pandemiya şəraitində ikiqat, üçqat əhəmiyyəti var.

“Çünki bu ilin yanvar-fevral aylarından dünyamızda, fevral-mart aylarından isə ölkəmizdə yaşayan koronasvirus pandemiyası, koronavirus bəlası ilə mübarizədə cəbhənin ən qaynar nöqtələrində, səngələrdə olanlar məhz tibbi, səhiyyə işçiləridir. Məhz onlar bu mübarizədə, gizli, gözəgörünməz düşmənlə müharibədə müsəlləh əsgərlər kimi, səfərbər olunublar, necə deyərlər, döyüşə, savaşa atılıblar. Bugünümüzün əsas, baş qəhrəmanlarından biri və birinci məhz səhiyyə, tibbi işçiləridir. O, səhiyyə, tibbi işçiləri ki, aylardır gecələrini-gündüzlərinə qatıblar, günlərlə, həftələrlə, aylarla ev-eşik, ailə-övladı üzü görməyiblər, həyatlarını risqə, təhlükəyə ataraq, öz peşə borclarını layiqincə yerinə yetirməyə çalışıblar və bu gün də səbrlə, təmkinlə. əzmlə öz fəaliyyətlərini bir an fasilə vermədən davam etdirməkdədirlər. Bu gün əgər ölkəmizdə bir çox ölkələrdəki insanlıq dramları, daha kritik hallar yaçanmayıbsa, baş verməyibsə, buna görə ilk növbədə səhiyyə, tibbi işçilərimizə və onlara bu ağır günlərdə ikiqat, üçqat diqqət göstərən dövlətimizə, dövlət başçımıza borcluyuq. Dövlətimizin, səhiyyə işçilərimizin fədakarlığı sayəsində itikilərin, yoluxmaların sayı digər ölkələrlə müqayisədə qat-qat aşağı olub.

Düzdür, son günlər narahatlıq, həyəcan doğuran məqamlar da yaşanır, ancaq əgər səhiyyə işçilərimizin bu qədər fədakarlıqlarına hörmətimiz, ehtiramımız, dövlətimizin gördüyü işlərə, atdığı addımlara sayğımız, minnətdarlığımız varsa, o zaman daha məsuliyyətli olmağımız gərəkir. Yəni, qoyulan tələblərə, karantin şərtlərinə, həkimlərimizin, tibbi işçilərimizin çağırışlarına, məsləhətlərinə sonunacan bir nəfər kimi əməl, tibbi maskalardan, əlcəklərdən istifadə etməli, sosial məsafəni gözləməliyik. O zaman həm dövlətimizin, həm də aylardır dinclik bilməyən, əzizlərinin, ailələrinin üzünə həsrət qalan, bizim sağlamlığımızın keşiyində dayanan həkimlərimizin, səhiyyə işçilərimizin çiyinlərindəki yükünü azaltmış, bu bəlaya birlikdə qalib gəlmiş olarıq. Odur ki, bir daha bu əlamətdar gündə hər bir vətəndaşımıza səslənərək, çağırış edirəm ki, deyilənlərə, tələblərə, şərtlərə əməl etsinlər, sosial məsafəni gözləsinlər, həm özlərini, həm də yaxınlarını, ətraflarındakıları qorusunlar. Eyni zamanda, fürsətdən istifadə edib, bir daha bu əlamətdar gün münasibətilə həkimlərimizi, səhiyyə işçilərimizi təbrik edir, o cümlədən, dövlət başçımızın dünən imzaladığı iki Sərəncamla yüksək fəxri adlara və medallara layiq görülən tibbi işçilərimizə növbəti uğurlar, növbəti müvəffəqiyyətlər arzu edirəm. Bir daha bayramınız, gününüz mübarək olsun!”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

09:17

Etikxeber.az

Read Previous

“Bu, işğalçı Ermənistanın Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyəti ilə bağlı ilk fakt deyil…”-ZİYAFƏT ƏSGƏROV

Read Next

“Ermənistanın ağır günləri hələ qabaqdadır, onu heç nə və heç kim xilas edə bilməyəcək…”-JALƏ ƏLİYEVANIN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir