“Bu gün gənclər arasında şüşə yaxud pati deyilən maddənin istifadəsi o qədər adiləşib ki, insan özü təəccüb qalır…”-BƏHRUZ MƏHƏRRƏMOV YENƏ SƏRT DANIŞDI

Son dövrlər mediada və sosial şəbəkələrdə müxtəlif rayonlarımızda meşə sahələrinin kütləvi qırılması ilə bağlı müqayisəli peyk xəritələr paylaşılmaqdadır və təəssüf ki, bu məlumatlar əksəriyyəti həqiqəti əks etdirir. Görünən odur ki, 2017-ci ildən bu yana yüz hektarlarla meşə sahəsi məhv edilib və biz 3-5 manat mənfəətə görə öz ekologiyamıza, övladımızın nəfəsinə qənim kəsilmişik.

Baxın, ortada cənab Prezidentin bir iradəsi var, Bakı şəhərində son illər aparılan bütün söküntü işlərinin yerində parklar salınır, dövlət başçısı Sovetski kimi bir bahalı ərazini yaşıllıq zonasına çevirdi, bulvarı milli parka çevirib bir neçə dəfə böyütdü, paytaxtda digər oxşar misallar çoxdur.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin iclasında Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, yəni, tariximizin heç bir dövründə yaşıllığa münasibət İlham Əliyev hakimiyyəti qədər həssas olmayıb, təsəvvür edin, bizim yaxın 10 illik Milli Prioritetlərimizdən biri Yaşıl artım ölkəsi olmaqdır.

O, sonra deyib:

“Yaxşı indi dövlət başçısının iradəsi bu yöndədirsə, bunlar kimdir ki, meşələri qırasınız? Mən hansısa sahibkarı hədəfə gətirib linç olunması tərəfdarı deyiləm, o da bizimdir. Sadəcə problemə yol açan məqamları aradan qaldırmalıyıq. Birincisi, meşə fondu torpaqlarının xəritəsi hələ də ictimaiyyətə açıqlanmır. Niyə? Burda hansı sirr var, bu gün ən müasir peyk sistemləri ilə hətta hərbi obyektləri görmək olur, yaxşı indi meşə fondu torpaqlarının sərhədlərini biz kimdən gizlədirik? Digər vacib səbəb, meşə fondu ərazisi əvvəllər 10 illiyə icarəyə verilirdi, meşə məcəlləsində 2017-ci il dəyişikliyindən sonra bu müddət 49 ilə qaldırıldı, bununla da torpaqların istifadəyə nəzarət imkanları zəiflədi.

Ümumiyyətlə, meşə fondu torpaqları icarəyə verilir ki, məhv olmuş meşə massivləıri bərpa olunsun, bizdə nə edilir, əksinə meşələr məhv edilir obyekt tikilir, yerində bağ salınır, yaxud əkin əkilir. Mən iqtisadi fəaliyyətin filan əleyhinə deyiləm, gücümüzə güc qatır, amma niyə obyekt, yaxud əkin sahəsi meşə hesabına tikilməlidir ki, yaxşı olmazmı ki, elə obyekt tikilsin sonra ətrafında meşə salınsın.

Məni narahat edən digər məqam, Azərbaycanda ucuz hər kəs üçün əl çatan olduğu üçün daha təhlükəli olan narkotik vasitələrin yayılması ilə bağlıdır. Bu gün gənclər arasında o şüşə yaxud pati deyilən maddənin istifadəsi o qədər adiləşib ki, insan özü təəccüb qalır. Mən Dövlət strukturlarını qınamaq istəmirəm, əllərindən gələni edirlər, lakin məsələ köklü həll edilməlidir. Sirr deyil, bu zəhər Azərbaycana ən çox hardan gəlir, biz hər dəfə cinayətkarları tuturuq, məsuliyyətə cəlb edirik, sonra ekstradisiya olunur, ordan da açıb buraxırlar azadlığa. Bax bu qədər cinayətkar necə olur öz sərhəddini rahat keçə bilir?

Niyə bir dəfə biri öz ölkəsinin sərhəddini keçərkən, Azərbaycana narkotik maddə gətirməyə cəhd etdiyinə görə saxlamır? Bütün bunlar deməyə əsas verir ki, etsək etsək bu problemi elə özümüz həll edə bilərik, kimdənsə mədət gözləməyə dəyməz. Düzdür cəzanı sərtləşdirmək həçmişə effekt vermir, amma biz digər tədbirlər fonunda Cinayət qanunvericiliyində 234-cü maddəni, habelə, narkotik vasitələrin istehlakına təhrik etməyə görə sanksiyaları çox ciddi formada sərtləşdirilməliyik ki, Azərbaycan narkotik alverçisi, narkotik təminatçısı olan istənilən əcnəbi yaxud vətəndaş üçün qorxulu bir hüquqi zonaya çevrilsin”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daxili gözəlliyi, insanlığıdır onu daim gözəl, şux, cavan saxlayan və ya 5 gün gecikən yazı…-KAMİL HƏMZƏOĞLU YAZIR

Read Next

“Ələtdən Zəngəzura gedəcək yollar da, Fizuldəki hava limanı da dünyaya və ilk növbədə ermənilərə verilən mesajdır: işğalçılıq planları ilə nə Aralıq və Qara dənizinə, nə də Xəzərə əliniz çatacaq”-ZAHİD ORUC

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir