Bu gün Heydər Əliyevin ilk dəfə prezident seçildiyi gündür…

Bu gün Azərbaycan tarixində çox mühüm günlərdən biridir. 3 oktyabr mərhum dövlət başçımız Heydər Əliyevin 25 il öncə prezident seçildiyi və prezidentlik səlahiyyətlərinə tam başladığı gündür.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin okytabrın 3-də keçirilən iclasında adıçəkilən komitənin sədri, vitse-spiker Bahar Muradova dilə gətirib.

heydarrrrr-111

B. Muradova xatırladıb ki, 1993-cü ilin məlum iyun hadisələri zamanı hakmiyyətə dəvət edilən H. Əliyev öncə Ali Sovertin sədri seçilib, iyun ayının 24-dən isə prezidentin səlahiyyətlərini icra edib:

baharrrr

“1993-cü ilin oktyabrın 3-də isə Azərbaycanda növbəti seçkilər keçirildi və alternativ əsaslarla keçirilən bu seçkilərdə Heydər Əliyev Azərbaycan xalqının mütləq əksəriyyətinin səsinin qazanaraq, Azərbaycan prezidenti seçildi və səlahiyyətlərinin icrasına başladı. Həmin vaxtdan da Azərbaycanda böyük inkişaf, dirçəliş mərhələsi başlandı. Azərbaycan Heydər Əliyevin müdrik və uzagörən daxili və xarici siyasət kursu nəticəsində dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil oldu. Odur bu gün onun ruhu qarşısında bir daha baş əyirəm”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Almaniyanın müxtəlif şəhərlərində 40-dan çox diaspor təşkilatı var – YAŞAR MUSAYEV

Read Next

Deyirlər ki, o, yəhidi deputat var ey… – YEVDA ABRAMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir