Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.
7 oktyabr 2025-ci il tarixində Bakılı, polkovnik-leytenant Rəşad Quliyev, Bakılı, Gizir Sübhran Abdurahmanlı, Bakılı, MAXE Hüseyn Tağıyev və əslən Siyəzənli-Azərbaycan Ordusunun Əsgəri Rəşid Həmidovun Əbədiyyətə uğurlanmasından beş il keçir.
Etikxeber.az xəbər verir ki, Rəşad Rəşid oğlu Quliyev 1983-cü il, 23 sentyabr, Sübhan Mahir oğlu Abdurahmanlı 1992-ci il, 18 oktyabr, Rəşid Pərviz oğlu Həmidov 1999-cu il, 19 sentyabr, Hüseyn Oqtay oğlu Tağıyev isə 1991-ci il, 8 avqust təvəllüdlüdür.
Rəşad Quliyev, Sübhan Abdurahmanlı və Hüseyn Tağıyev peşəkar hərbçi, Rəşid Həmidov isə Azərbaycan Ordusunun Əsgəri olub.
37 illik ömrünün 23 ilini hərbdə, səngərlərdə keçirən, vaxtsız itirdiyi atasının vəsiyyəti ilə hərb sənətini seçən Rəşad Quliyev ali təhsilli, Sübhan Abdurahmanlı, Rəşid Həmidov və Hüseyn Tağıyev orta təhsilli idilər.
Rəşad Quliyev ailənin 3 övladından biri və tək oğul, Sübhah Abdurahmanlı evin 3 övladından və iki qardaşdan biri, Rəşid Həmidov iki övladdan biri və tək oğul, Hüseyn Tağıyev iki bacının tək qardaşı olub.
Rəşid Həmidov həm də Bakıda, kirayələrdə yaşayıb və anası tərəfindən təkbaşına böyüdülüb.
Rəşad Quliyev ailəli-ik övlad atası, Hüseyn Tağıyev evli-bir övlad atası, Sübhan Abdurahmanlı ilə Rəşid Həmidov isə subay olub.
Rəşad Quliyev Cəbrayıl, Sübhan Abdurahmanlı ilə Hüseyn Tağıyev Füzuli, Rəşid Həmidov isə Murov istiqamətlərində Şəhid olublar.
Rəşad Quliyevlə Hüseyn Tağıyev İkinci Şəhidlər Xiyabanında-Hərbi Memorial Məzarlıqda, Sübhan Abdurahmanlı İkinci Fəxri Xiyabanda, Rəşid Həmidov isə Siyəzən qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Rəşad Quliyev həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra bir neçə medalla və “Azərbaycan Bayrağı” ordeni, Sübhan Abdurahmanlı 1 orden və bir neçə medalla, Rəşid Həmidovla Hüseyn Tağıyev medallarla təltif olunublar.

***
Bu gün həm də əslən Naxçıvan Muxtar Respublikasından və iki övlad atası olan Sübhan Məmmədlinin Anım Günüdür.
Sübhan Məmmədli də Azərbaycan Ordusunun peşəkar həbçilərindən, Baş leytenant olub…
Həm də ailənin iki övladından, iki qardaşdan biri idi…
1994-cü ilin avqust ayının 12-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xincan kəndində dünyaya gələn Sübhan Məmmədli də həyatını Ordu, hərb ilə bağlayıb, ali hərbi təhsil alıb…
İkinci Vətən Müharibəsi zamanı ilk gündən döyüşlərdə iştirak edib, şərəfli döyüş yolu 10 gün çəkib və oktyabrın 6-dan 7-nə keçən gecə Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi oktyabrın 7-də Hərbi Memorial Məzarlıqda dəfn edilib…
Şəhidliyindən sonra bir orden və bir neçə medalla təltif olunub…
Evli, ailəli olan Sübhanın iki qız övladı yadigar qalıb.
***
Bu gün eyni zamanda, Kapitan Sənan Kərimovun Şəhidlik məqamına ucaldığı gündür.
Sənan Kərimov 1991-ci il martın 29-da Ağdam rayonunda, sadə bir ailədə anadan olub…
Ailənin 3 övladından biri, iki bacının tək qardaşı olub…
2007-2016-cı illərdə Bakı şəhərində orta məktəbdə oxuyub…
Sonra hərb sənətini, hərb yolunu seçib və 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsilini davam etdirib…
2009-2013-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə ali təhsil alıb…
2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə-Aprel döyüşlərində iştirak edib…
İkinci Vətən Müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına Şəhid olub…
Nəşi bir gün sonra, oktyabrın 8-də Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb…
Şəhidliyindən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və bir neçə medalla təltif edilib…
Sənan həm də subay olub…
***
Bu gün Anım Günü olan Şəhidlərimizdən biri də ali təhsilli həkim Turqut Nadir oğlu Xəlilbəylidir.
1993-cü ilin iyul ayının 4-də Naxçıvan Muxtar Respublikasının (NMR) Şərur rayonunun Yengicə kəndində dünyaya gələn Turqut Xəlilbəyli 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb.
2020-ci ilin 7 oktyabr tarixində və 27 yaşında Şəhidlik məqamına ucalan Turqut Xəlilbəyli də subay idi.
Nəşi Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Azərbaycan Bayrağı” ordeni və bir neçə medalla təltif olunub.
***
Bu gün səhər saatlarında adları çəkilən Şəhidlərdən Rəşad Quliyev, Sübhan Abdurahmanlı, Sübhan Məmmədli, Turqut Xəlilbəyli və Hüseyn Tağıyevin Hərbi Memorial Məzarlıqda, Rəşid Həmidovun isə Siyəzən qəbiristanlığındakı məzarları ziyarət olununub.
Məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhlarına dualar edilib, “Quran” oxunub.
Qısa çıxışlar edilib, Şəhidlərin İgidliyi və Qəhrəmanlığından söz açılıb, məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Şəhidlərin məzarlarını ziyarətdən sonra müxtəlif məkanlarda Anım mərasimləri keçirilib, adlarına ehsan süfrələri açılıb, bir daha ruhlarına dualar olunub.
Eyni zamanda, Anım mərasimlərində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlər himni səsləndirilib.
Şəhidlərin ailələrinə bir daha Allahdan səbr və dözüm arzulanıb.
Qeyd edək ki, Şəhidlərin məzarlarını ziyarətdə və Anım mərasimlərində ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər, Yasamal rayon İcra Hakimiyyətinin, Rafiq Quliyev başda olmaqla, Xətai rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, millət vəkilləri Vüqar Rəhimzadə, Bəxtiyar Əliyev və Elman Məmmədov, din xadimləri, məktəblilər və digər şəxslər iştirak ediblər.
FOTOLAR:










Məqamları Uca, məkanları cənnətlik, ruhları şad olsun!
Nur içində yatsınlar!
14:23
***
Şəhid Sübhanın anası Mehriban xanım:
“Beş ildir ki, gözüm yollardadır…Hər yerdə Sübhanı axtarır…Amma tapa bilmirəm, gəlib çıxmır…Hər zaman yolunu gözləyəcəm, hər zaman…”








***




***
Şəhid Rəşadın anası Mətanət xanım:
“Niyə məni tək, arxasız qoyub getdin?…Axı, mən sənsiz dözə bilmirəm…Balalarının üzünü belə doyunca görmədin…Sən balalarına həsrət qaldın, balaların da sənə…”





***
Şəhid Turqutun anası Almaz xanım:
“Hər zaman səni itirməkdən qorxurdum…Hər zaman səni qorumağa çalışırdım…Amma axırda qorxduğum başıma gəldi bala, qorxduğum başıma gəldi…Səni itirdim, səni qoruya bilmədim…”




***


***






***
Qeyd edək ki, bu gün axşam saatlarında Şəhidsevərlər-Vahid Nəcəfov və Hüseyn Xudatov tərəfindən Şəhid Rəşid Həmidovun ocağı, Xocasəndə yaşayan tək anası ziyarət olunub.
Təxminən bir saat çəkən ziyarət zamanı Şəhidin anası Tənzilə xanıma bir daha Allahdan səbr və dözüm arzulanıb, Rəşid kimi oğullarla Fəxr edildiyi, Qürur duyulduğu dilə gətirilib.



***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





