“Bu gün ilk dəfə “APA xəbər verir ki…” cümləsini yazmışıq…”-VÜSALƏ MAHİRQIZI

APA-nın yarandığı gündür, bu gün ilk dəfə “APA xəbər verir ki…” cümləsini yazmışıq. APA-nın Azərbaycan və Qafqazın media məkanındakı yerini bilən bilir, dünyada nə qədər istinad mənbəyi olduğunu, hansl işlər gördüyünü də bilən bilir.

Etikxeber.az xəbər verir ki, bunu öz “Facebook” statusunda “APA Holding”-in prezidenti Vüsalə Mahirqızı yazıb.

“Şükür olsun ki, APA Azərbaycan torpaqlarının işğaldan azad olunması xəbərlərini yaydı. Tezliklə, APA-nın Şuşa və Cəbrayıl büroları fəaliyyətə başlayacaq. Biz Azərbaycanın Qarabağı necə qucaqladığını, necə dirçəltdiyini yazacağıq, yayacağıq. Dünya görəcək ki, torpaq öz sahibində olanda nələrə qadir olur.APA-nı oxuyan, APA-ya etimad və etibar edən hər kəsə minnətdaram. Bütün yaratdıqlarımız və yaradacaqlarımız bu Vətənindir. İmzamızdakı ən gözəl kəlmə Azərbaycandır!”-deyə, o, əlavə edib.

Etikxeber.az olaraq, bütün “APA”-çıları təbrik edir, onlara növbəti uğurlar arzulayırıq!

Etikxeber.az

Read Previous

Daha bir ölkədə qadın siyasətçi prezident seçildi-MÜXALİFƏTÇİ SABİQ BAŞ NAZİR SANDU MOLDOVAYA 4 İL RƏHBƏRLİK EDƏCƏK – FOTOLAR

Read Next

“44 günlük müharibə göstərdi ki, nə biz o bizik, nə dövr o dövrdür! Üstəlik, onu da unutmayaq ki, biz tək deyilik”-BƏHRUZ MƏHƏRRƏMOVDAN KƏLBƏCƏR VƏ 25 NOYABR AÇIQLAMASI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir