“Bu gün məntəqələrin əsas sahibi seçicilərdir…”-MSK SƏDRİ

Bu gün Azərbaycanda tarixi gündür.

Etikxeber.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlament seçkilərində səsvermənin başlanması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O, qeyd edib ki, MSK KİV-in fəaliyyətinə xüsusi diqqət yetirir:

“Yerlərdə olan qanun pozuntuları ilə bağlı məlumat almağımız üçün sizin fəaliyyətiniz əvəzedilməzdir. Bununla yanaşı, seçkiləri kifayət qədər çox sayda müşahidəçi də izləyəcək”.

Onun sözlərinə görə, məntəqə seçki komissiyası üzvlərinin əsas işi məntəqələrdə seçkinin gedişini normal təmin etməkdir:

“Bu gün məntəqələrin əsas sahibi seçicilərdir. MSK seçicilərin konstitusion hüququndan istifadə edə bilməsi üçün çalışıb, onların azad səsverməsi üçün bütün şərait yaradılıb. Nə komissiyaların, nə də KİV-in seçicilərin bu hüququndan istifadə etməsinə mane olmaq hüququ var”.

Etikxeber.az

Read Previous

Parlament seçkiləri-SƏSVERMƏ BAŞLANDI

Read Next

“MSK seçici fəallığı ilə bağlı gün ərzində 5 dəfə məlumat verəcək” – MƏZAHİR PƏNAHOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir