Go to...
    EtikXəbər EtikXəbər
    • ANA SƏHİFƏ
    • SİYASƏT
    • GÜNÜN SİTATLARI
    • İQTİSADİYYAT
    • SOSİAL
    • MƏDƏNİYYƏT-İNCƏSƏNƏT-DİN
    • İDMAN
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • VİDEO
    • Əlaqə
    Go to...

      Bu gün musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramıdır – NAZİR – FOTO

      Sentyabr 18, 2018
      0 Comments
      0

      18 sentyabr – Milli Musiqi Günü hər il olduğu kimi bu il də ölkəmizdə geniş və təntənəli şəkildə qeyd edilir. Bununla yanaşı, bu musiqi bayramı tariximizə görkəmli bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, ensiklopedik biliyə malik musiqişünas alim Üzeyir Hacıbəylinin doğum günü kimi həkk olunub.

      Etikxeber.az xəbər verir ki, bu münasibətlə sentyabrın 18-də tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək, mərhum Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

      Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

      Daha sonra Üzeyir Hacıbəylinin və digər görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarları ziyarət olunub.

      uzeyir bey-1

      Mədəniyyət naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin məzarı ətrafına toplaşmış tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edərək deyib ki, bu gün sadəcə musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramıdır. Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini ulu öndər Heydər Əliyev qoyub. Ümummilli Liderimizin 1995-ci ildə – dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

      Bildirilib ki, həmişə olduğu kimi, bu dəfə də sentyabrın 18-dən başlanaraq bütün musiqi müəssisələrində dahi Üzeyir Hacıbəylinin doğum günü qeyd olunacaq. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda sentyabrın 18-də başlanan Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı sentyabrın 26-dək davam edəcək.

      Festivalda 10-a yaxın xarici ölkədən dünyanın tanınmış kollektivləri iştirak edəcək. Səkkiz gün ərzində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında dahi Üzeyir Hacıbəylinin, Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünya şöhrətli bəstəkarların əsərləri həm yerli, həm də xarici ölkələrin musiqiçilərinin ifasında təqdim olunacaq.

      Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə hamını salamlayaraq festival çərçivəsində keçirilən və görkəmli bəstəkara həsr edilmiş tədbirlərin əhəmiyyətindən danışıb. Xalq Artisti bəstəkarın yubileyinin qeyd olunması, onun xatirəsinə həsr olunmuş mərasimlərin, konsertlərin və festivalların keçirilməsini respublikamızın musiqi həyatında əlamətdar hadisə kimi qiymətləndirib.

      Üzeyir Hacıbəylinin yaradıcılığının tükənməz bir xəzinə olduğunu söyləyən Firəngiz Əlizadə diqqətə çatdırıb ki, ustad sənətkarlarımızın xatirəsi Bəstəkarlar İttifaqında daim anılır və müxtəlif xarakterli tədbirlər, konsertlər, konfranslar və anım mərasimləri ilə qeyd olunur.

      Sonra Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin “Şəbi-hicran”ı səslənib.

      Daha sonra Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqiçilər Azərbaycan Milli Konservatoriyasında Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbirə qatılıb, Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” abidəsini ziyarət edib, burada Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın heykəlləri önünə tər güllər düzüblər.

      Etikxeber.az

      Paylaş :
      • Facebook
      • Twitter
      • Google+
      • Pinterest
      • Linkedin
      • Email
      Növbəti xəbər
      Prezident Cənub zonasında bir sıra açılışlara qatıldı – FOTOLAR – YENİLƏNİB – (7)
      Öncəki xəbər
      Ələt azad iqtisadi zonası ilə əlaqədar İşçi qrupu yaradıldı – SƏRƏNCAM

      Digər xəbərlər

      • CƏMİYYƏT, SOSİAL Fevral 17, 2019

        Mehriban Əliyevanın adından “İmamzadə”də

        Mehriban Əliyevanın adından  “İmamzadə”də ehsan verildi – FOTO
        CƏMİYYƏT, İDMAN Fevral 17, 2019

        Bu klub heyətinə daha bir

        Bu klub heyətinə daha bir futbolçu  cəlb etdi
        AKTUAL, CƏMİYYƏT Fevral 17, 2019

        Sadiq və sədaqətli! - DEPUTAT

        Sadiq və sədaqətli! – DEPUTAT ÖZ HƏMKARI HAQDA YAZDI
      • CƏMİYYƏT, REPORTAJ Fevral 16, 2019

        "Növbəti tarixin anların şahidləriyik ki..."

        “Növbəti tarixin anların şahidləriyik ki…” – ELDƏNİZ SƏLİMOV
        CƏMİYYƏT, İQTİSADİYYAT Fevral 16, 2019

        Millət vəkili prezidentin son sərəncamlarından

        Millət vəkili prezidentin son sərəncamlarından danışdı…
        AKTUAL, REPORTAJ Fevral 16, 2019

        "Nə özünü, nə sədrini, nə

        “Nə özünü, nə sədrini, nə partiyanın adını tanıyan var, amma…” – YAP RƏSMİSİ

      Son xəbərlər

      • Mehriban Əliyevanın adından “İmamzadə”də ehsan verildi – FOTO

        Fevral 17, 2019

      • Bu klub heyətinə daha bir futbolçu cəlb etdi

        Fevral 17, 2019

      • Sadiq və sədaqətli! – DEPUTAT ÖZ HƏMKARI HAQDA YAZDI

        Fevral 17, 2019

      • 50 yaşlı Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif olundu – SƏRƏNCAM

        Fevral 16, 2019

      • Ən təhlükəsiz avtomobillərin reytinq siyahısı açıqlandı

        Fevral 16, 2019

      • “Növbəti tarixin anların şahidləriyik ki…” – ELDƏNİZ SƏLİMOV

        Fevral 16, 2019

      • Millət vəkili prezidentin son sərəncamlarından danışdı…

        Fevral 16, 2019

      • “Nə özünü, nə sədrini, nə partiyanın adını tanıyan var, amma…” – YAP RƏSMİSİ

        Fevral 16, 2019

      • “Sumqayıt” Keşavarzdan imtina etdi

        Fevral 16, 2019

      • Daşınar əmlakın yüklülüyü ilə bağlı cəzalar müəyyənləşdi

        Fevral 15, 2019

      • Adil Əliyevlə Rauf Əliyevi kimlər əvəzləyəcək? – DƏYİŞİKLİK

        Fevral 15, 2019

      • Ölkə vətəndaşları himni ayaqüstə, farağat vəziyyətində oxumalıdırlar – TƏLƏB

        Fevral 15, 2019

      • 5 dövlət komissiyasının tərkibi dəyişdirildi – SİYAHI

        Fevral 15, 2019

      • Prezident Tovuz, Sabirabad və Salyan rayonlarına üst-üstə 33,3 milyon manat ayırdı – SƏRƏNCAM(LAR)

        Fevral 15, 2019

      • “Reallıq tələb edir ki, “Reklam haqqında” qanuna dəyişikliklər olunsun” – ZİYAD SƏMƏDZADƏ

        Fevral 15, 2019

      Bütün hüquqlar qorunur