Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Oğlum Şahin İmanzadənin Respublikamızın Prezidenti, Ali Baş Komandanın, möhtərəm cənab İlham Əliyevin çağırışına cavab olaraq könüllü hərbi xidmətə getməklə bağlı jurnalistlərin çoxsaylı suallarına cavab vermək istəyirəm: Hər birimiz-qadın və ya kişi fərqi yoxdur, Vətənimizi düşməndən qorumaq zərurəti yarananda, Ali Baş Komandanın və Dövlətin müsəlləh əsgəri olmalıyıq. Amma bugün hamının hərbi xidmətə getməsi üçün hələ zərurət yoxdur.
Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Məlahət İbrahimqızı deyib.
“Bizim çox güclü Ordumuz və qətiyyətli, müdrik, beynəlxalq aləmdə nüfuzlu Prezidentimiz var. Dövlətimizin dünyada yüksək imici var. Belə bir atalar sözü var: Oğul düşmən çəpəridir. Bu gün nə mənim şəhid anasından və ya əsgər anasından, nə də oğlumun şəhid əsgərimizdən və igid hərbiçimizdən fərqi və üstünlüyü var. Ona görə bu məsələyə normal baxmalıyıq. Biz Vətənimizi özümüz qorumalıyıq, lazım gələrsə yolunda canımızı və həyatımızı qurban verməliyik”-deyə, o, əlavə edib.
Qeyd edək ki, xanım millət vəklinin iki oğul övladı var.
19:50
Etikxeber.az