“Bu gün ölkəmizin işğaldan azad olunmuş ərazilərində, qədim Qarabağımızda, onun bütün şəhər,qəsəbə və kəndlərində yeni bir mərhələ başlayır…”-MİLLƏT VƏKİLİ

Bu gün Milli Məclisin (MM) növbəti plenar iclasında yalnız bir məsələ-“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti haqqında” məsələ müzakirə olunub.

Etikxeber.az xəbər ki, müzakirələrin sonunda müraciət səsə qoyulub və qəbul edilib.

Müraciətlə bağlı çıxışa yazılanlar arasında millət vəkili Eldəniz Səlimov da olub.

Onun çıxışının mətnini təqdim edirik:

“Hörmətli xanım sədr!

Hörmətli millət vəkilləri!

Cox əlamətdar günlər, möhtəşəm tarixi anlar yaşayırıq.

 Sözlərlə, kəlmələrlə ifadəsi belə mümkün deyil.  Belə ki, xalqımız, dövlətimiz 30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqlarımızın azad olunmasını və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini, 8 noyabrı-qədim Qalamızın-Şuşamızın Zəfərini, 10 noyabrı-tarixi, möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd edir.

Belə bir əlamətdar günü-günləri bizə bəxş etdiyinə görə, rəşadətli Azərbaycan ordusuna və Silahlı Qüvvələrin Ali Baş Komandanı,  Qalib Sərkərdə möhtərəm Prezidentimiz İlham Əliyevə rayonumuzun bütün ictimaiyyəti adından və şəxsən öz adımdan dərin minnətdarlığımızı bildirirəm.

Ümummumilli liderimiz, Ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamını möhtərəm Prezidentimiz cənab İlham Əliyev Sanlı ordumuzun 44 günlük Zəfər yürüşü sayəsində işğal altında olan Qarabağda və ətraf ərazilərdə Azərbaycanın tarixi qələbəsini təmin etməklə həyata keçirdi.

Cəmi 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində nizami Otərəfindən faşist və terrorist Ermənistanın demək olar ki, əksər cinayətkar silahlı quldur dəstələri darmadağın oldu, düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun rəşadəti, Xalq-İqtidar birliyi məğlubedilməz erməni mifini darmadağın edərək Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. Ağır məğlubiyyətə uğrayan Ermənistan rəzil və miskincəsinə təslim oldu, 10 noyabr bəyanatına imza atmaqla, öz məğlubiyyətini etiraf etdi.

Ölkəmizin hər yerində olduğu kimi, təmsil olunduğum bölgədə də Müzəffər Ordumuzun şanlı qələbəsi və azad olunmuş tarixi torpağlarımızda üçrəngli müqəddəs bayrağımızın dalğalanması böyük sevinc hissi ilə qarşılanır, qeyd olunur, hər evdə, hər ailədə bayram əhval-ruhiyyəsi hökm sürür. İnsanların sevinci hədsiz-hüdudsuzdur.

 Ali Baş Komandanın “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, “Şuşasız Azərbaycan, Azərbaycansız Şuşa yoxdur”, “Əgər erməni əsgəri ölmək istəmirsə rədd olsun Azərbaycan torpaqlarından” və digər tarixi ifadələri dillər əzbərinə çevrilərək xalqımızın dilindən düşmür.

Əmin olduğumu bildirirəm ki, Müzəffər Ordumuz tərəfindən döyüş meydanlarında reallaşdırılan bu əzəmətli Qələbədən, Xalq-İqtidar birliyindən, gənc nəslin vətənpərvərliyə köklənmiş ruh yüksəkliyi və könüllü səfərbərlik əzmindən, Səhidlərimizin və Qazilərimizin valideynlərinin məğrur və vüqarlı davranışlarından yüz illər boyu böyük coşqu ilə bəhs ediləcək, Qəhrəman əsgərlərimizin fədakar döyüş əzminə neçə-neçə dastanlar, musiqi əsərləri yazılaraq, gələcək nəsillərə çatdırılacardır.

Bu gün ölkəmizin işğaldan azad olunmuş torpaqlarında, əzəli torpaqlarımız olan qədim Qarabağımızda, onun bütün şəhər,qəsəbə və kəndlərində yeni bir mərhələ başlayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və iştirakı ilə o torpaqlarda geniş tikinti-quruculuq işlərinə başlanılacaq, bütün yurd yerlərimiz dirçəldiləcək, canlandırılacaq, bir sözlə, bu istiqamətdə qəbul ediləcək uğurlu layihələrin və proqramların hazırlanıb reallaşdırılması mühüm əhəmiyyət kəsb edəcək.

Təklif edərdim ki, milli tərkibi müxtəlif olan bölgəmizi təmsil edən gənclərimizin bu döyüşlərdəki fəal iştirakları, göstərdiyi qəhrəmanlıqlar və qələbə əzmləri nəzərə alınaraq Qarabağın işğaldan azad olunmuş rayon və kəndlərində aparılacaq yenidənqurma və abadlıq işlərində bölgəmizin gəncləri də cəlb olunsun və bu quruculuq və abadlıq işlərind fəal iştirak etsinlər, öz töhfələrini versinlər.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onların müqəddəs  ruhları qarşısında baş əyir, yaralılarımıza şəfa, xalqımıza əbədi qələbə ruhu arzulayıram!

Qarabağ Azərbaycandır və nida işarəsi!”

Etikxeber.az


Read Previous

“Azərbaycan bayrağı tezliklə Laçında, Kəlbəcərdə Ağdamda və digər rayonlarımızda da dalğalanacaq”-Spiker – Milli Məclis İlham Əliyev və Azərbaycan xalqına – MÜRACİƏT ETDİ – YENİLƏNİB – (8)

Read Next

“Quşçubaba” “Baharlı”, “Tsakuri” “Hünərli”-ADLANACAQ – MƏSƏLƏ MM-İN PLENAR İCLASINA TÖVSİYƏ OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir