“Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir…”-AZƏRBAYCAN PREZİDENTİ – YENİLƏNİB – (1)

Biz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək, bir çox ölkələr üçün, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik

Etikxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, bütün bu amillərlə bərabər, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı.

***

Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Bu gün “Böyük Qayıdış” Proqramı icra edilir.

Bu sözləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.

“Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır”, – deyən dövlətimizin başçısı bütün bu tarixi nailiyyətlər münasibətilə xalqımızı bir daha təbrik edib.

***

Biz gənc nəsli vətənpərvərlik ruhunda, Vətənə sevgi ruhunda tərbiyə etmişik. Bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər.

Bu sözləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı söyləyib.

“Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir”, – deyə dövlətimizin başçısı əlavə edib.

Etikxeber.az

Read Previous

Zəfər muzeyinin-AÇILIŞI – FOTOLAR

Read Next

“Qarabağın azad edilməsi təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir”-deyən TÜRKİYƏ PREZİDENTİ HƏRBİ PARADDA MƏMMƏD ARAZIN ŞEİRİNİ SÖYLƏDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir