Bu gün həm Bakı şəhərinin, həm də Ağsu rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elşən Habil oğlu Müslümovun doğum günüdür.
Elşən Müslümovun bu gün 28 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, əslən Ağsu rayonunun Kalva kəndindən olan Elşən Müslümov 1995-ci ilin 2 sentyabr tarixində Bakı şəhərinin Yasamal rayonunda dünyaya gəlib.
Ailənin iki övladından, iki qardaşdan biri olub.
Təhsilini 2002-2011-ci illərdə 286 saylı tam orta məktəbdə alıb.
2011-ci ildə Bakı Humanitar Kollecinin “Turizm və otellərin idarə olunması” fakultəsinə daxil olub.
Uşaq yaşlarından karate ilə məşğul və müəllimi dünya çempionu Eduard Məmmədov olub.
Kolleci bitirdikdən sonra, 2014-cü “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.
Nümunəvi hərbi xidməti zamanı Çavuş rütbəsi ilə təltif edilib, həm manqa komandiri, həm də məxfi rabitəçi olub.
Təlimlər zamanı atıcılıq üzrə yüksək yer tutub.
Hərbi xidmətini 2016-cı ildə Fəxri fərman və təşəkkürnamə ilə başa vurub.
Sonra evinə, ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb.
2020-ci ilin 21 sentyabr tarixində hərbi səfərbərliyə cəlb olunub, 6 gün sonra isə İkinci Vətən Müharibəsinə qatılıb.
Şərəfli döyüş yolu 12 gün çəkib və 8 oktyabr tarixində Suqovuşan istiqamətində Şəhidlik məqamına ucalıb.
Nəşi 5 gün sonra İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
O, həm də ailəli, bir övlad-qız atası olub.
Abşeron rayonunun Hökməli kəndində Şəhidin adını daşıyan küçə var.
***
Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında İkinci Fəxri Xiyabanda Şəhidin məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri, düzülüb, əklil qoyulub, ruhuna dualar edilib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qısa çıxışlar edilib, Şəhidin keçdiyi 25 illik qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs olunub.
Cənnətdəki üçüncü doğum günü təbrik olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Sonra Cənnətdəki üçüncü doğum günü ilə bağlı İkinci Fəxri Xiyabandakı mərasim zalında adına ehsan verilib, bir daha ruhuna dualar edilib.
Şəhidin məzarını ziyarətdə ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbbçilər, din xadimləri, Yasamal rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri və digərləri iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
14:16
***
FOTOLAR:














16:24
***

















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az