Kürdəmir rayonunun Atakişili kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi Əli Əvəz oğlu Məmmədovun doğum günüdür.
Əli Məmmədovun bu gün 25 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki üçüncü ad günü, mövlududur.
Etikxeber.az-n xəbərinə görə, Əli Məmmədov 1998-ci ilin sentyabr ayının 1-də Kürdəmirin Atakişili kəndində Məmmədovlar ailəsində dünyaya gəlib.
Evin-ailənin tək oğlu və 4 bacının yeganə qardaşı idi.
2004-cü ildə Kürdəmir rayon Vüqar Qurbanov adına tam orta məktəbə gedən Əli 2013-cü ildə 9-cu sinfi tamamlayaraq Bakı Neft Energetika Kollecinə daxil olub.
Kolleci bitirməsinə üç ay qalmış 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb.
Hərbi xidməti başa vurduqdan sonra hərbiyə olan sevgisi sayəsində bu sahədə xidməti davam etdirib.
Həyatını yenidən Ordu, hərb ilə bağlayıb.
O, 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində dövlət sərhədimizi pozaraq təxribat törədən düşmənin ağır itkilər verərək geri oturdulması əməliyyatlarında iştirak edib.
Eyni zamanda, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) döyüşçüsü-kəşfiyyatçı kimi tarixi 44 günlük İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub.
Suqovuşanın, Talışın azad olunmasında iştirak edib, Tərtər-Ağdərə, Kəlbəcər, Füzuli istqamətlərində-müxtəlif nöqtələrdə döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstərib.
Əli Məmmədov müharibənin başa çatmasına cəmi 6 gün qalmış, 2020-ci ilin noyabrın 4-də Kəlbəcər istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi səhərisi gün, noyabrın 5-də öz doğma kəndlərinə gətirilərək, torpağa tapşırılıb.
Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
22 yaşında Şəhidlik məqamına ucalan Əli Məmmədov həm də subay olub.
Eyni zamanda, bacısı Ayşənin övladı Onun adını daşıyır…
Balaca Əlinin-Əli Abbaszadənin də bu gün doğum günüdür, 2 yaşı tamam olur.

***
Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şahsevənli kənd qəbiristanlığında Əli Məmmədovun məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.
Məzarı başında qısa çıxışlar edilib, Əli Məmmədovun 22 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan danışılıb, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.
Məzarını ziyarətdən sonra isə Şəhidin ata ocağında mərasim keçirilib, adına ehsan süfrəsi açılıb.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Bir daha Şəhidin ruhuna dualar oxunub, bir daha çıxışlar edilib.
Vətənə, Şəhidlərə həsr olunmuş şer və mahnılar ifa olunub.
Sonra Şəhidin adına hazırlanmış tort kəsilib, təsirli, duyğulu, kövrək anlar yaşanıb.
Şəhidin anası Nina xanımın, Nina Məmmədovanın dediklərindən:
“Mənim oğlum elə-belə oğul olmayıb…O, əsl Qəhrəman, İgid, Qorxmaz oğul olub, düşmənə qan uddurub, qəhrəmanlıq Dastanı yazıb…Mənim səsimi hər kəsə, bütün dünyaya çatdırın…Mənim balam, mənim oğlum Milli Qəhrəman, Vətən Müharibəsi Qəhrəmanı adı Haqq edir və balamın, tək oğlumun Haqqı verilməlidir”.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə ailə üzvləri, yaxınları, Kürdəmirdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, Kürdəmirdən və Bakıdan olan ziyalılar, din xadimləri, Kürdəmir rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digərləri iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü-25 yaşı mübarək olsun!
Nur içində yatsın!
12:45
***
FOTOLAR:














ŞƏHİD ANALARI…QƏHRƏMAN ANALAR…KÜRDƏMİR, TƏRTƏR VƏ BİLƏSUVARLI ANALAR VƏ ŞƏHİD ƏMANƏTİ-ŞƏHİD QIZI…DƏRD VƏ QÜRUR ORTAQLARI…









12:53
***
BALACA, 2 YAŞLI ƏLİ BALAMIZ…TƏK VƏ SUBAY DAYISININ ADINI DAŞIYAN, ADINI YAŞAN BALACA ƏLİMİZ…BU GÜN BALACA ƏLİNİN DƏ DOĞUM GÜNÜDÜR…DAYISI İLƏ EYNİ GÜNDƏ DÜNYAYA GƏLİB…2 YAŞI TAMAM OLUR…DAYISININ TORPAĞI SANI YAŞASIN, RUHU KÖMƏYİ OLSUN!



13:03
***
CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ İLƏ BAĞLI ŞƏHİDİMİZİN MƏZARINI ZİYARƏT…












13:06
***
ATA OCAĞINDA CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ İLƏ BAĞLI MƏRASİM…






13:10
***
ÇARƏSİZ, DƏRDLİ, YARALI ŞƏHİD ANASI VƏ GÖZƏL, SEVİLƏN İFAÇI VƏSİLƏ XANIM…






13:30
***





13:48
***
ŞƏHİDİMİZİN ADINA HAZIRLANMIŞ TORTUN KƏSİLMƏSİ…




***





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az