Bu gündən Bakı-Quba avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı-Quba avtomobil yolunun 11-ci kilometrliyində yerüstü piyada keçidinin inşası ilə əlaqədar sentyabrın 17-də saat 12:00-dan həmin yolun 12-ci kilometrliyindəki Masazır dairəsindən paytaxt istiqamətinə gedən hissəsi, sentyabrın 18-də saat 07:00-dan isə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti gecə saatlarınadək müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Baş Dövlət Yol Polisi İdarəsindən Etikxeber.az-a bildiriblər ki, sürücülər sentyabrın 17-də(bu gün) Bakı şəhəri istiqamətinə, eləcə də sentyabrın 18-də hər iki istiqamətdə hərəkət etmək üçün alternativ yol olaraq Bakı-Quba yolunun 10-cu kilometrliyindən (Xırdalan–Binəqədi şossesinin başlanğıcı), əks istiqamətdə isə Bakı-Quba yolunun 12-ci (Masazır dairəsi) və ya 16-cı kilometrliyindən Xirdalan şəhərinə daxil olmaqla hərəkətlərinə davam edə bilərlər.

Etikxeber.az

Read Previous

Uilyam Gil: “İnsan alveri elə bir təhdiddir ki, o, sərhəd tanımır”

Read Next

Qənirə Paşayeva İrandan izahat tələb etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir