Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Heç bir saat-saat yarım olmaz ki, Qubadlı şəhərinin və digər bölgələrimizin, kəndlərimizin işğaldan azad olunmasını xəbərini almışıq…Aldığımız xəbərlə də çoşmuşuq…Bura gəlməzdən əvvəl evimizin balkonundan şəhərimizi seyr edirdim, insanlarımızın Qələbə, Zəfər xəbərlərindən sevinci yerə-göyə sığmırdı…Çünki hər birimiz bu günlərimizi illərlə gözləmişik… Hətta, yol gələ-gələ dostlar, tanışlar xaricdən mənə zəng edib təbrik edir, göz aydınlığı verirdilər…Sevincimizin həddi-hüdudu yoxdur…Böyük xoşbəxtlikdir.
Etikxeber.az xəbər verir ki, bunu elə bu dəqiqələrdə millət vəkili Jalə Əliyeva telekanallardan birində canlı yayında çıxışı zamanı deyib.

“Var olun, Ali Baş Komandan! Eşq olsun, Cənab Prezident! Var olsun, müzəffər Azərbaycan Ordusu! Bizə bu qələbələri yaşatdığınız üçün, bizi özümüzə, bizə ləyaqətimizi qaytardınız üçün!”-deyən millət vəkili həmçinin qeyd edib ki, bu gün ən çox şəhid ruhları sevinir.
“Çünki onlar Vətən torpaqlarımız, bugünkü qələbələrimiz üçün canlarından keçib, Şəhid olublar…Ən çox sevinən də məhz onların ruhlarıdır, ruhları olacaq. Bu gün hər birimiz sevinc içindəyik… Bu günləri çox gözlədik və demək ki, gözləməyə də dəyərmiş. Hələ Qələbələrimiz çox olacaq…Laçınımız, Kəlbəcərimiz, Şuşamız azad olunacaq, Qələbə bizimlə olacaq!”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.
Etikxeber.az





