“Bu, həm Ermənistana, həm də onun havadarlarına ciddi bir mesaj idi…” – AKADEMİK

Prezident İlham Əliyevin oktyabrın 3-də Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Dağlıq Qarabağla bağlı çıxışı həm Ermənistana, həm də onun havadarlarına çox ciddi bir mesaj idi.Gövhər Baxşəliyeva

Etikxeber.az  xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik  Gövhər Baxşəliyeva  deyib.

G.Baxşəliyeva bildirib ki, Prezident bu çıxışında Dağlıq Qarabağla bağlı qəti mövqeyini, Azərbaycanın bir qarış belə torpağını güzəştə getməyəcəyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı:

govhar-oxu-2

“Cənab Prezident beynəlxalq ictimaiyyət qarşısında erməni yalanını ifşa etdi və Ermənistan baş nazirinin sərsəm bəyanatlarına çox tutarlı cavab verdi, onun yalanını üzə çıxardı.

Prezident İlham Əliyev öz çıxışında Ermənistan baş nazirinin bir sıra populist, avanturist bəyanatlarına diqqəti cəlb etdi və vurğuladı ki, Paşinyanın Dağlıq Qarabağla bağlı mövqeyi tamamilə yalandır.

Dağlıq Qarabağ heç bir zaman Ermənistanın tərkibində olmayıb, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bizim qədim və hüquqi ərazimizdir.

Cənab Prezident “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” sözlərini deməklə bir daha qətiyyətli və sərt mövqeyini ortaya qoydu”.

Etikxeber.az

Read Previous

“Qarabağın mənsubiyyəti paşinyanların bəyanatı ilə dəyişdirilməyəcək” – ƏLİ ƏHMƏDOV

Read Next

“Qarabağ Azərbaycandır və nida” fikri orduda böyük ruh yüksəkliyi ilə qarşılanıb” – MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0