“Bu həssas məqamda diqqətli olmaq, döyüş bölgəsində olan əskər və zabitlərimizə dəstək vermək, Ordumuzun uğuru üçün çalışmaq Azərbaycan vətənsevərlərinin borcudur”-“MÜSVAT”DAN AZƏRBAYCAN XALQINA MÜRACİƏT

Müsavat Partiyası və partiyanın başqanı Arif Hacılı Azərbaycan xalqına müraciət edib.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Alınan məlumatlardan görünür ki, erməni tərəfi ərazilərimizə hücumları davam etdirir. Yenə şəhidlərimiz var. Bu gün döyüşən əskər və zabitlərin başına and içdiyi deyilən, cəsur generalımız Polad Həşimovun, artilleriya komandiri polkovnik-leytenant İlqar Mirzəyevin həlak olması barədə məlumat aldıq. Başqa itkilərimiz də var. Yəqin ki, döyüş əməliyyatları və mürəkkəb hərbi vəziyyət hələ davam edəcək. Bu həssas məqamda, ən azı ziyan vurmamaq üçün diqqətli olmaq, döyüş bölgəsində olan əskər və zabitlərimizə dəstək vermək, Ordumuzun uğuru üçün çalışmaq Azərbaycan vətənsevərlərinin borcudur. Bu Vətən Bizimdir! Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”.

Etikxeber.az

Read Previous

“Həmsədr ölkələr və beynəlxalq ictimaiyyət təcili tədbirlər görməlidir”-PREZİDENTİN KÖMƏKÇİSİ

Read Next

Azərbaycan ordusunun generalı, polkovniki və DAHA 5 HƏRBÇİMİZ şəhid olub…-RƏSMİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir