Bu həftə ən azı 4 komitə iclası keçiriləcək – XEYLİ QANUN LAYİHƏLƏRİ VAR

Bu həftə Milli Məclisin (MM) 2019-cu il payız sessiyası ilə bağlı parlamentin azı 4 komitəsinin ilk iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, bunlar Mədəniyyət, Elm və təhsil, Səhiyyə və Aqrar siyasət komitələridir.

Mədəniyyət komitəsi ilə Elm və təhsil komitəsinin iclasları eyni gündə, sentyabrın 17-də keçiriləcək.

Səhiyyə komitəsinin iclası ayın 18-də, Aqrar siyasət komitəsinin iclası isə ayın 20-də baş tutacaq.

İclaslarda öncə komitələrin 2019-cu il yaz və növbədənkənar sessiyalarında gördüyü işlərlə bağlı hesabatları, daha sonra komitələrin payız sessiyası ilə əlaqədar qanunvericilik işləri planları müzakirə və təsdiq olunacaqlar.

İclaslarda həmçinin, qida təhlükəsizliyi, ali təsil, təhsil kreditləri, muğam, aşıq sənətlərinin qorunması, pasiyentlərin hüquqları, insan orqanlarının və toxumalarının donorluğu, əhalinin sağlamlığının qorunması, reproduktiv sağlamlıqla,  soydaşla, kinematoqrafiya ilə bağlı yeni qanun layihələri ətrafında müzakirələr aparılacaq.

MECLIS_OQTAY_YENI

MM-in Ailə, qadın və uşaq məsələləri, İctimai birliklər və dini qurumlar, Əmək və sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iclasları isə sentyabrın 21-30-u arasında keçiriləcək.

Bu iclaslarda turizmlə, Rəqabət Məcəlləsi, dövlət maliyyə nəzarəti, lombardlar, dini etiqad azadlığı, bələdiyyələrin səlahiyyətləri və sair ilə bağlı qanun layihələri ətrafında müzakirələrin açılması gözlənilir.

Etikxeber.az

 

 

Read Previous

İzdihamlı Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək – İĞDIRDA

Read Next

Bu il 1 milyon 525 min 16 şagird təhsil alacaq – YENİ DƏRS İLİ BAŞLANIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir