“Bu hadisə ölkəmizə olan böyük ehtiramın, ədəbiyyatımıza, incəsənətimizə sevginin bir nümunəsidir” – JALƏ ƏLİYEVA

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-Prezident xanım Mehriban Əliyeva İtaliyaya səfərləri çərçivəsində böyük mütəfəkkir Nizami Gəncəvinin abidəsini ziyarət etdilər. Bu abidə 2012-ci ildə Heydər Əliyev Fondunun, şəxsən xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Romada ucaldılıb. Bu hadisə əlbəttə ki, ölkəmizə olan böyük ehtiramın, ədəbiyyatımıza, incəsənətimizə sevginin bir nümunəsi kimi dəyərləndirilməlidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, professor Jalə Əliyeva deyib.

Millət vəkili qeyd edib ki, ən başlıcası isə bu ehtiram və sevginin arxasında Azərbaycanın durmadan artan nüfuzu, dünyanın böyük güc mərkəzi ölkələrin bizi əhəmiyyətli strateji tərəfdaş kimi görməsi, həyata keçirtdiyimiz uğurlu daxili və xarici siyasət durur.

“Artıq bütün dünya bölgənin lider dövləti olan Azərbaycanı demokratiyanın, dünyəviliyin, tolerantlığın, sülhün və əmin amanlığın beşiyi kimi görür və dəyərləndirir. Uğurlarımız üçün qürurluyuq, əzmliyik və xoşbəxtik! Bu böyük uğurlara öz möhtəşəm imzalarını atan – cənab İlham Əliyevə və xanım Mehriban Əliyevaya sonsuz minnətdarıq!”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Azərbaycan idmanının uğur salnaməsi!”- YUSİF BABANLI YAZDI

Read Next

Avroliqada 1/16 final mərhələsi-BAŞLAYIR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir