“Bu hadisələrin İranda yaxın zamanda təkrarlanmayacağına zəmanət yoxdur…” – POLİTOLOQ

“İran təxminən hər 8-10 ildən bir qaynayır, bu ölkədə kiçik və böyük təlatümlər baş verir. Budəfəki etirazlar müqədəs Məşhəd şəhərindən başladı və ildırım sürətiylə başda paytaxt Tehran olmaqla digəri şəhərlərə yayıldı. Güneydəki şəhərlər də artıq hərəkə gəlib. Artıq 2 nəfərin öldürüldüyü xəbəri gəlib. İrandakı etirazın arxasında ilk baxışdan sosial narazılığın olduğu görüntüsü var. Ancaq bu həqiqətən elə görüntüyə oxşayır. Yürüşlərdə siyasi şüarlar da səsləndirilir, hətta Tehranın Qüds və Suriya məsələsində fəallığı əleyhinə şüarlar eşidilir. Demək məsələ daha ciddidir”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki,  İran rəsmiləri sosial sahədə problemlərin olduğunu etiraf etsələr də, yürüşlərin arxasında xarici qüvvələrin və daxili düşmənlərin olduğunu iddia edir, hətta qətlə yetirilən 2 nəfərin xarici kəşfiyyat orqanlarının işi olduğunu bildirirlər.

“Mən istisna etmirəm ki, işin içində həqiqətən İranın regional siyasətindən narazı qalan ABŞ, Səudiyyə Ərəbistanı və İsrail var. Əgər İsrail kəşfiyyatı İranın daxilində nüvə çalışmaları aparan alimləri neytrallaşdıra bilibsə, bu ölkənin daxilində narazılıq yaratmaq kimi planı da hərəkətə gətirə bilərdi.

Azərbaycan İranın daxili işlərinə qarışmır və qonşu dövlətdə sabitliyin tərəfdarıdır. Ancaq birincisi, İranda yaşayan azərbaycanlıların taleyinə biganə qala bilmərik, ikincisi də Tehranın Ermənistanla yaxınlığı, işğalçı dövlətə nəfəslik verməsi bizi narahat edir. Odur ki, İranda gələcək dəyişikliklərin bu ölkənin xarici siyasətinə təsir etməsini arzulayırıq.

Əlbəttə, bu o demək deyil ki, İranda bu gün baş verənlər məntiqi sonluqla nəticələnəcək. İran rejimi böyük ehtimalla mitinq və yürüşlərin qarşısını alacaq və insanları zorla da olsa küçələrdən yığışdıracaq. Ancaq bu hadisələr İran hakimiyyətinə növbəti ciddi mesajdır və yaxın zamanda təkrarlanmayacağına zəmanət yoxdur…”-deyə, politoloq sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Tanınmışlardan Yeni il və Həmrəylik Günü təbrikləri…

Read Next

VƏKİL ƏFQAN MUXTARLI İLƏ BAĞLI PENİTENSİAR XİDMƏTƏ MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir