“Bu il 934 şəhid ailəsi və əlilliyi olan şəxsə mənzillər təqdim ediləcək” – NAZİR

2014-cü ilə qədər mənzil növbəsinə duran Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzil təminatı cənab Prezidentin müvafiq sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.  

Etikxeber.az-ın xəbərinə görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev  parlamentdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, 2014-cü ilin yanvarın 1-dək mənzil növbəsinə duran insanların siyahısı yerli icra hakimiyyətləri tərəfindən tutulub və nazirliyə təqdim edilib: “Nazirliyin internet səhifəsində bu siyahı ictimaiyyətə tam açıq elan olunub. Təkcə bu il 934 şəhid ailəsi və əlilliyi olan şəxsə mənzillər təqdim ediləcək”.

Nazirin sözlərinə görə, ilin sonuna növbədə təqribən 3 min nəfə rqalacaq: “Növbəti ildə bu proqram daha da genişləndirilərək aparılacaq. Çünki cənab Prezidentin niyyəti qısa müddət ərzində, 2-3 ilə növbədə olan insanların mənzil təminatının tam şəkildə həll edilməsidir”.

KAMİL

Etikxeber.az
 

Read Previous

“80 yaş və ondan yuxarı olanlara dərmanlar pulsuz verilsin” – ELMİRA AXUNDOVA

Read Next

Yaşayış minimumunun məbləği nə qədər oldu?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0