Bu il bu teatrda dörd yeni tamaşa hazırlanacaq

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar plana əsasən, 2017-ci ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq.

Etikxeber.az xəbər verir ki, bu barədə mətbuata teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli məlumat verib.

Rejissorun bildirdiyinə görə, repertuar planında nəzərdə tutulan ilk tamaşanın – Əbdürrəhim bəy Haqverdiyevin “Şəbihgərdan” hekayəsinin səhnələşdirilməsinə aprelin əvvəlində başlanılacaq. Bundan əlavə, mövsüm ərzində teatrda Cəfər Cabbarlının “Dönüş”, türk yazıçısı Əziz Nesinin uşaqlar üçün yazdığı “Möcüzəli bal” və amerikan dramaturqu Edvard Olbinin “Zoopark əhvalatı” əsərləri əsasında yeni tamaşalar hazırlanacaq.

Hazırda teatrda türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsəri əsasında eyniadlı tamaşanın məşqləri davam etdirilir. Səhnə əsəri teatrsevərlərə martın sonunda təqdim olunacaq.

Etikxeber.az

Read Previous

Yanvarın 25-nə USD/AZN rəsmi məzənnəsi 1,8559 manat səviyyəsində müəyyən olundu

Read Next

“AzəriLayt”ın bir barreli 56,10 dollara satılır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir