Bu il dünyada 70-dən çox jurnalist həlak olub

Başa çatmaqda olan 2016-cı ildə dünya üzrə azı 74 jurnalist həlak olub.

Etikxeber.az xəbər verir ki, bu barədə bazar ertəsi günü “Sərhədsiz reportyorlar” təşkilatı məlumat yayıb. Təşkilatın məruzəsinə görə, ötən il olduğu kimi, bu il də ən çox jurnalist Suriyada həlak olub – 19 nəfər. Əfqanıstanda 10, Meksikada 9, İraqda 7, Yəməndə isə 5 jurnalist həyatını itirib. Həlak olanlar arasında doqquz bloqer, habelə KİV-lə əməkdaşlıq edən səkkiz şəxs var.

Təşkilatın baş katibi Kristof Delyar bildirib ki, jurnalistlərə qarşı zorakılıq getdikcə daha çox məqsədyönlü xarakter alır. Onların bir çoxu hədəf seçilir və yalnız jurnalist olduqlarına görə öldürülür.

Xatırladaq ki, 2015-ci ildə dünyada 101 jurnalist həlak olmuşdu.

Etikxeber.az

Read Previous

Ronaldo klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçildi

Read Next

“Dedi ki, Çovdarovun məni bağışlaması üçün 100 min manat verməliyəm”- Zərərçəkmiş

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir