“Bu, indinin məsələsi deyil, davamlı bir prosesdir…” – ELDƏNİZ SƏLİMOV SON GÜNLƏRİN HADİSƏLƏRİNİ DƏYƏRLƏNDİRDİ

Azərbaycanda kadr və srtukrur islahatları, kadr dəyişiklikləri  indinin məsələsi deyil, hər  davamlı bir proses olub. Xüsusilə də, son illər, 2018-ci ilin 11 aprel seçkilərindən sonra hər bir sahədə olduğu kimi, bu sahədə. bu məsələdə də islahatlar daha sürətli xarakter alıb. Son günlər həyata keçirilən kadr dəyişiklikləri, kadr və struktur islahatları da məhz bu prosesin tərkib hissəsidir.

Bunu indi başqa cür dəyərləndirmək, başqa səmtlərə yozub, aparılan, görülən işlərin üstünə kölgə salmaq düzgün deyil və bu, yolverilməzdir. Bunlar hamısı Azərbaycan dövlətinin, onun uzaqgörən və mürdik lideri-ölkə Prezidenti cənab İlham Əliyevin iradəsi əsasında baş verir. Bunlar onun səlahiyyətinə aid olan məsələlərdir və kimlərinsə ona müdaxilə etməsi qəbuledilməzdir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

akif-ilya

Ramiz-İlya

Onun sözlərinə görə, ölkə başçısı kiminlə istəsə, işləyəcək, davam edəcək, kiminlə istəməsə, işləməyəcək, vəzifəsindən kənarlaşdıracaq.

“Bu, onun müstəsna səlahiyyətdir. Son günlər  istefa verən və dölət başçısının sərəncamları işlərindən azad edən şəxslər də hər biri tanınmış insanlar, Azərbaycan dövləti və cəmiyyətinin həyatında, inkişafında, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində xidmətləri, əməkləri olmuş kadrlardır. Onların hər biri  ötən müddət ərzində üzərlərinə düşən missiyaları tam yerinə yetiriblər və özləri artıq könüllü şəkildə vəzifələrindən getmək, yerlərini, estafeti cavanlara, gənclərə ötürmək qərarını veriblər. 

Onların da bu addımları təqdirlə, minnətdarlıqla, ehtiramla qarşılanıb. Dövlət başçısı tərəfindən də onların fəaliyyəti, xidmətləri müsbət dəyərləndirilib, minnətdarlıq ifadə olunub, uğurlar arzulanıb. Bunun özü Azərbaycan reallığının, Azərbaycan siyasi mədəniyyətinin yeni bir təzahürü, yeni bir nümunəsidir. Azərbaycan, dövlət başçısı bu məsələdə də bir çoxlarına nümunə, örnək ola bilər.

sahin-ilya

mikayıl-ilya

ELDENIZ-3

Eyni zamanda, vəzifəsi dəyişdirilən və ya yeni təyanat alan şəxslərə gəlincə, onlar da hər biri işinin peşəkarı, Azərbaycan dövlətinə və dövlət başçısına sədaqəti olan layiqli insanlar, layiqli mütəxəssislərdir. İnanıram və qəti şəkildə əminəm ki, onlar bundan sonra da üzərlərinə düşən işlərin öhdəsindən uğurla gələ biləcək, onlara göstərilən etimadı tam doğruldacaqlar.

Eyni zamanda, kadr dəyişiklikləri, kadr və srtukrur islahatları ehtiyac, zərurət olacağı təqdirdə, bundan sonra da davam etdiriləcək”-deyə, o, sözlərinə əlavə edib.

K. HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Qudalardan – ELMAN RÜSTƏMOV İSTEFA VERİB? – YENİLƏNİB – (1)

Read Next

“Postumdayam…” – ELMAN RÜSTƏMOV DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir