Bu, insan haqlarının Yerevan tərəfindən ciddi pozulmasıdır – MURADOVA – FOTO

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Berlində keçirilən 27-ci illik sessiyası davam edir.

Etikxeber.az-ın xəbərinə görə, ölkəmizi ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova başda olmaqla Azərbaycan qanunverici orqanının nümayəndə heyəti təmsil edir.

Demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin bugünkü iclasında kiprli məruzəçi Kiriakos Kiriaku Haciyanni tərəfindən təqdim olunmuş “ATƏT çərçivəsində öhdəliklərin yerinə yetirilməsi: parlamentlərin rolu” adlı qətnamənin layihəsinə dair debatlar keçirilib.

baxorrr

B. Muradova müzakirələr zamanı həlli uzadılan münaqişələr məsələsinə toxunaraq öz vətəninin ərazisində doğma yurdlarından qovulmuş məcburi köçkünlərin faciəli taleyi məsələsinə diqqəti cəlb edib.

O, ermənilərin və azərbaycanlıların “etnik uyuşmazlığı” barədə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın vaxtilə söylədiyi və böyük hay-küyə səbəb olmuş biabırçı tezisi xatırladıb.

B. Muradova nümayəndə heyətlərinin diqqətini bu fakta cəlb edib ki, vaxtilə Azərbaycanın Qarabağ regionuna köçürülmüş erməni əhali indi həmin ərazidə artıq monoetniklik şəraitində yaşamaqda davam edir, Azərbaycanın yerli əhalisi isə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz və Azərbaycan ərazisinin iyirmi faizinin işğal edilməsi nəticəsində oradan qovulub:

“Bu, əsas insan haqlarının Yerevan tərəfindən ciddi pozulması deməkdir”.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Deputatlara “əl öpmə” qadağası və AKŞƏNƏRDƏN “TƏRK EDİN” ÇAĞIRIŞI…- FOTOLAR

Read Next

Kibertəhlükəsizlik Komitəsi yaradılsın! – TAHİR MİRKİŞİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir