“…Bu insan respublikamıza hansı səbəbdən və hansı niyyətlə gəlir…” – ELMİRA AXUNDOVA

“Turizm haqqında” Azərbaycan Respublikasının qanununa elektron vizaların surətləndirilmiş qaydada alınması ilə bağlı edilən əlavə məndə bəzi suallar doğurur”.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin payız sessiyasının son plenar iclasında çıxışı zamanı Elmira Axundova deyib.

elmira-heydar

“Bildiyimiz kimi, hazırda dünyanın bir çox ölkəsində terrorizm halları çoxalır, gündə bir terror aktı törədilir. Çox şükürlər olsun ki, bizim güclü və çevik hüquq mühafizə orqanlarımızın sayıqlığı nəticəsində bu kimi hadisələr ölkəmizdə baş vermir, belə bir ehtimal olarsa onun qarşısı vaxtında və böyük ustalıqla alınır.

Biz əgər vizaların verilməsini surətləndirilmiş qaydada ən geci 3 saat ərzində veririksə bu zaman müvafiq orqan ölkəmizə gəlmək istəyən turisti və ya hər hansı bir insanı  belə qısa zamanda necə yoxlayaraq  biləcək ki, bu insan respublikamıza hansı səbəbdən və hansı niyyətlə gəlir”-deyən millət vəkilinin sözlərinə görə, onu da nəzərə alaq ki, Azərbaycan müharibə şəraitində yaşayır, ölkəmizin xarici düşməni var və inkişafımızın əleyhinə olan xarici qüvvələr də az deyil:

“Mən başa düşürəm burada məqsəd turizmin inkişaf etdirilməsi, turistlər üçün rahatlığın təmin olunması və vaxt sərfiyyatının azaldılmasıdır. Amma 3 saatdan az vaxt ərzində biz bir insana viza veririksə bu zaman ölkəyə hərkəs  rahatlıqla daxil ola biləcək. Xahiş edirəm ki, bu məsələyə aydınlıq gətirəsiniz…”.

KAMİL

Etikxeber.az

Read Previous

“Silahlı Qüvvələr haqqında” qanun layihəsi üçüncü oxunuşdan keçdi

Read Next

Sahibkarlıq fəaliyyəti 4 subyektə bölünür…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir