“Bu, insanların güzəranına çox ciddi təsir edirdi…” – VAHİD ƏHMƏDOV QAZ LİMİTİNİN ARTIRILMASINI ALQIŞLADI

Qazın limitinin 1700-dən 2200-ə qaldırılması çox müsbət və çox əhəmiyyətli addımdır. Bu, ölkə prezidentinin humanizm siyasətinin, onun rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən və son aylar daha da geniş vüsət alan islahatlar siyasətinin tərkib hissəsidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov dilə gətirib.

Onun sözlərinə görə, qazın limitinin 1700 həddində olması bəzən insanlar, vətəndaşlar, xüsusilə, nisbətən imkansız təbəqədən olanlar və həyət evlərində yaşayanlar üçün çətinlik yaradırdı.

“Bildiyinz kimi, limit 1700-lük həddi keçəndən sonra qiymət, tarif dəyişirdi və bu da insanların güzəranına, yaşayışına, maddi durumuna ciddi təsir edirdi. İnsanlar bundan əziyyət çəkirdi. Onu da qeyd etmək istərdim ki, bu məsələ ilə bağlı tez-rez vətəndaşlar tərəfindən bizlərə, millət vəkillərinə də müraciət olunurdu. Hətta, bir neçə ay öncə mətbuata açıqlamalarımdan birində də bu məsələni dilə gətirmişdim. Eyni zamanda, deputat həmkarlarımız, o cümlədən, Fazil Mustafa bu məsələni parlamentin son iclasında qaldırdı və problemin həlli istiqamətində addımların atılmasının vacibliyini vurğuladı.

VAHİD-2

Çox yaxşı və müsbət haldır ki, bizlərin səsi eşildi, hər kəsi narahat edən məsələyə əl qoyuldu. Yəni, hər zaman vətəndaşının yanında olan ölkə prezidentinin tapşırığı və göstərişi ilə Tarif Şurası qazın limitinin həddini 1700-dən 2200-ə qaldırdı ki, bu da çox önəmli bir hadisədir. Bu, bir daha ölkə prezidentinin humanistliyinin göstəricisi, eyni zamanda, onun apardığı islahatlar, xüsusilə, sosial islahatlar prosesinin tərkib hissəsidir. Buna görə ölkə prezidentinə öz adımdan, seçicilərimiz adından minnətdarlığımızı ifadə edərəm”-deyə, V. Əhmədov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Çempionlar Liqasının yarımfinalı – “AYAKS” QƏLƏBƏ QAZANDI – YENİLƏNİB – FOTO

Read Next

Narkomanlığın yayılmasının səbəbləri tədqiq ediləcək?!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir