“Bu, insanların həyatını bir az da qaraldır…”-MÜSAVAT BAŞQANI İQTİDARA SƏSLƏNDİ, BƏYANAT VERİLDİ – YENİLƏNİB

Karantin qaydalarına əməl etməyənlərin terrorçu kimi saxlanması, adi ictimai qaydanı pozanların üzərinə qoşun göndərilməsi ölkədə onsuz da gərgin olan vəziyyəti bir qədər də gərginləşdirir.

Etikxeber.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkə hesabında yazıb.

“Bu, insanların boz həyatını bir az da qaraldır. Vətəndaşlara qarşı belə zorakılıqlara son qoyun. Bütün dünyada belə davranışlara qarşı gedən böyük mübarizədən, dövlətlər və hakimiyyətlərin düşdüyü ağır vəziyyətdən nəticə çıxarın”-deyə, o, əlavə edib.

15:03

****

“Müsavat Partiyası Bakıda, Sumqayıtda, Lənkəranda və digər şəhərlərdə elan edilmiş sərt karantin rejimi çərçivəsində şənbə və bazar günləri tətbiq olunan qaydaları pozan vətəndaşlara qarşı aşırı güc tədbiq olunmasını, qanunda nəzərdə tutulmayan formada vətəndaşlarla davranılmasını yolverilməz hesab edir”.

Bu fikir isə Müsavat Partiyasının bəyanatında əksini tapıb.

Qeyd olunub ki, polisin karantin tədbirlərini pozan insanlara xəbərdarlıq etməli, maksimum halda həmin vətəndaşları cərimə etməklə kifayətlənməli olduğu halda, fiziki güc və işgəncə tətbiq etməsi kütləvi hal alıb.

“Müsavat Partiyası hüquq mühafizə orqanlarının, karantin dövründə məsuliyyətsiz davranan, tədbiq olunan qaydalara əməl etməyən vətəndaşlara qarşı qanun çərçivəsində, məsuliyyətlə və səlahiyyətlərindən sui-istifadə etmədən tədbirlər görməli olduğunu bildirir. Müsavat Partiyası yuxarıda qeyd olunan davranışlar zamanı vətəndaşlarla polis arasında yaranmış insidentdən sonra, bu gün səhər saatlarında Çevik Polis Alayının Yasamal rayonu Dadaş Bünyadzadə küçəsindəki mənzillərə məhkəmə qərarı olmadan, hüquqa zidd formada daxil olaraq inzibati hüquqpozmada şübhəli bilinən şəxslərə qarşı qatı cinayətkarlar kimi davranılmasını, evlərdəki azyaşlı və yaşlı insanlara, xəstələrə psixoloji stress yaşatmaqla vətəndaşlara qarşı davranışını, elementar etik qaydaların belə gözlənilməməsini Azərbaycan dövləti və polisi adına rüsvayçı davranış hesab edir. Bu qərarı verənlərin və icraçılarının müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmasını tələb edir”-deyə, sonra qeyd edilib.

Etikxeber.az

Read Previous

Məmmədyarov DTX-ya-MÜRACİƏT ETDİ…

Read Next

Daha 323 yeni yoluxma-DAHA 5 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir