“Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm” – MEHRİBAN ƏLİYEVA – FOTO

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün “İnstagram” səhifəsində yazıb.

aliyeva5

M. Əliyeva qeyd edib:

“Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim. Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm. 

Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub. 

Allah rəhmət eləsin. 

Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!”

Etikxeber.az

 

Read Previous

“Linfild”-“Qarabağ” oyununun hakimləri müəyyənləşdi…

Read Next

“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi – BU SƏBƏBƏ GÖRƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir