“Bu insanlarla görüşmək və onları dinləmək xoşdur…” – TAHİR RZAYEV KORONAVİRUSLA BAĞLI TƏLƏBLƏRƏ CİDDİ ƏMƏL OLUNMASINI VACİB SAYIR – FOTOLAR

Bu insanlarla görüşmək və onları dinləmək xoşdur. Ömürlərini mənalı yaşayan bu insanlarda vətənə, xalqa bir məhəbbət, inam var.

Etikxeber.az xəbər verir ki, bunu Ağcabədidən olan millət vəkili, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev öz “Facebook” səhifəsində yazıb və bir neçə foto paylaşıb.

“Onlara göstərilən qayğı və diqqətə görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını ifadə edir, xalqımıza xoşbəxtlik arzulayırlar”-deyə, o, əlavə edib.

Fotoları təqdim edirik:

“Bayram günlərində Ağcabədidə olmağı, yaşlı və təhna insanlara baş çəkməyi, onları bayram sovqatı ilə sevindirməyi, ölkədəki bəziyyət, dövlətimizin rəhbəri Cənab İlham Əliyevin gördüyü işlər, koronavirusa qarşı apardığı tədbirlər, qəbul edilmiş qəratlar, verilmiş tspşırıqlar barədə sakinləri məlumatlandırmağı özümə borc bildim. Təklikdə baş cəkdiyim bu insanlarda ölkə başçısına bir məhəbbət, gələcəyə inam duydum. Yaşı 80 və 90 keçmiş insanların dilindən eşitdiklərim dualar xalqımıza, rəhbərimizə ehtiramın, bəlalardan qurtulmağa, birliyə çağrışın ifadəsi idi və bu hamı kimi məni də sevindirdi. Bu gün Ağcabədidə koronavirusa qarşı bütün təşkilatlar səfərbər edilib. İcra orqanları,YAP könülləri, bələdiyyələr, polis və tibb işçiləri insanlarla əlaqə yaradır, maarifləndirmə tədbirlərini davam etdirirlər. Sanitar qaydalara əməl etmək ciddi tələb kimi qstşıya qoyulub. Bu, reallıqdır və hər bir kəs bu tələblərə əməl etməlidir”-deyə, T. Rzayev növbəti statusunda qeyd edib.

Etikxeber.az

Read Previous

“Tramp indidən ona işarə edir ki, virusla mübarizə bitdikdən sonra Çinə qarşı ciddi ittihamlar irəli sürüləcək…” – POLİTOLOQ YAZDI

Read Next

“Daşlara, mərmərlərə, məqbərlərə ziyarətçi sürüsü azalacaq…”-FAZİL MUSATAFA YENƏ SƏRT DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir