“Bu işğal nə üçün davam etməlidir?” – AŞPA TRİBUNASINDAN ETİRAZ

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu AŞPA-nın sessiyasındakı çıxışından sonra Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sualını da cavablandırıb.

Etikxeber.az-ın məlumatına görə, nazir ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylər göstərdiyini diqqətə çatdırıb. O, deyib:

“Rusiya münaqişənin həlli istiqamətində öz səylərini bizimlə paylaşdı, biz də dəstəyimizi bildirdik. Biz problemin Azərbaycanın marağına uyğun olaraq nizamlanmasını dəstəkləyirik. Bu işğal nə üçün davam etməlidir?”

Etikxeber.az

Read Previous

Çavuşoğluna: “Hər zaman Türkiyənin yanındayıq, bunu Türk xalqına söyləyin”

Read Next

10 bankın qorunan əmanətçilərinə 273 milyon manata yaxın kompensasiya ödənildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir