“Bu işlər bundan sonra da davam etdiriləcək…” – ƏLİ ƏHMƏDOV

Mayın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Heydər Əliyev irsi və sosial siyasət”mövzusunda tədbir keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbir mərhum Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.

Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edərək, Heydər Əliyevin xalqımızın rifahı, dövlətimizin inkişafı üçün gördüyü işlərdən danışıb.

Bildirib ki, onun apardığı siyasətin əsasında sosial siyasət dururdu:

“Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Sosial rifah məsələsi, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması dövlətimizin başçısının apardığı siyasətin əsas sahələrindəndir. 

Son bir neçə ay ərzində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən əhəmiyyətli qərarlar qəbul edilib. Bu işlər bundan sonra da davam etdiriləcək”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illəri quruculuq, abadlıq, inkişaf dövrü kimi xarakterizə edib.

sahil babayev

Daha sonra nazir bildirib ki, Azərbaycanda  xaricdən alınan kreditlərin hesabına ölkə əhalisinə dəstək olunmur, əksinə Azərbaycan dövləti öz vəsaiti hesabına əhalisinə dəstək göstərir.

Nazirin sözlərinə görə, ulu öndərin dövlətçilik siyasətinin əsasını sosial siyasət – əhalinin layiqli həyat şəraitinin qurulması təşkil edirdi:

“1993-2003-cü illərdə müşahidə edilən çətinliklərə baxmayaraq, pensiya və müavinətlər 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfə artırılıb. Heydər Əliyevin bu siyasəti Prezident Ilham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan yoxsulluq səviyyəsini 5 faizə endirən 29 ölkədən biridir”.

Nazir bununla yanaşı, Azərbaycanda müsbət demoqrafik artımın baş verdiyini də vurğulayıb:

“Ölkədə əhalinin illik artımı belədir: doğulanların sayı dünyasını dəyişənlərin sayını 2,5 dəfə üstələyir”.

S.Babayev əlavə edib ki, ölkədə minumum pensiyanın məbləği də yaşayış minumumunu üstələyir:

“Azərbaycan minimum pensiyanın məbləğinə görə MDB məkanında Qazaxıstanla birlikdə ilk iki yeri paylaşır. Bu da Azərbaycanda həyata keçirilən sosial siyasətinin uğurunu göstərir”.

Nazirin bildirdiyinə görə, bu il işlə təmin edilməsi nəzərdə tutulan 38 min nəfərin 94 faizi, başqa sözlə 35 730 nəfəri artıq müvafiq işlərə cəlb edilib:

“Bu ilin birinci rübündə əlilliyin təyinatı halları ötən ilin müvafiq dövrünə nisbətən 55 faiz azalıb”.

S.Babayev qeyd edib ki, ölkədə əmək fəaliyyətinin leqallaşdırılması istiqamətində aparılan tədbirlərin səmərəsi ilin sonuna qədər daha da çoxalacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Prezident Rusiya rəsmisini qəbul etdi – FOTO – YENİLƏNİB

Read Next

“Ayaks” Talyafiko ilə müqaviləni yenilədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir