“Bu istiqamətdə maarifləndirici verlişlərin, proqramların daha da artırılmasına ehtiyac var”-QƏNİRƏ PAŞAYEVA

Bu gün Milli Məclisdə (MM) İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Seyfulla Əzimovun hesabatı dinlənilib.

Etikxeber.az-ın xəbərinə görə, bu hesabatın müzakirəsi zamanı çıxış edən Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva hesabatda özəlliklə insan alverinə qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinə geniş yer ayrılmasını təqdir etdiyini deyib, görülən işləri yüksək qiymətləndirib.

Q.Paşayeva bildirib ki, bu maarifləndirmə işlərinin daha da genişləndirilməsi çox vacibdir:

“Özəlliklə televiziya kanallarında bu istiqamətlərdə maarifləndirici video roliklərin və proqramların daha da artmasına böyük ehtiyac var”.

İnsan alverinə qarşı mübarizə istiqamətində Daxili İşlər Nazirliyinin (DİN) dəstəyilə hazırlanmış maarifləndiri videoroliki yaxından izlədiyini deyən millət vəkili bu cür materialların televiziya kanallarında əhalinin ən çox televiziyaya baxdığı saatlarda tez-tez yayımlanmasına və “ümumiyyətlə, bu istiqamətdə maarifləndirici verlişlərin, proqramların daha da artmasına ehtiyac var”-deyib.

Həmçinin, bu istiqamətdə DİN ilə televiziyalar arasında əməkdaşlığın daha da genişlənməsinin zəruriliyini vurğulayıb.

Millət vəkili hesabatdakı həyata keçirilmiş əməliyyat tədbirləri ilə 186 insan alveri, o cümlədən 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət qeydə alınmış, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilmiş, axtarışa elan olunmuş 35 təqsirləndirilən şəxsdən 54,3 faizi və ya 19-u tutulmuşdur məlumatını xüsusi vurğulayaraq axtarışa verilmiş şəxslərin təxminən yarısının bu günə qədər tutulmamasının səbəbləri ilə maraqlanaraq bu istiqamətdə daha geniş izaha ehtiyac olduğunu deyib.

Millət vəkili vurğulayıb ki,S. Əzimovun hesabatının yekun hissəsində də məhz qaldırıldığı bu 2 məsələyə də ciddi diqqət yetirilir:

“Qeyd olunur ki, növbəti illərdə qarşıda duran hədəflər: cinayət təqibinin, əməliyyat-axtarış fəaliyyətinin, maarifləndirmə işinin, qurbanların müdafiəsi və sosial reabilitasiyası üzrə fəaliyyətin səmərəsini daha da artırmaq, beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir”.

Q.Paşayeva vurğulayıb ki, qaldırdığı məsələlərin nazirliyin görülməli işlər planında önəmli yer almasını təqdir edir.

Millət vəkili bu cinayəti törədənlərin hamısının ədalət qarşısında cavab verməsinin həyata keçirilməsi istiqamətində işlərin daha sürətlənəcəyinə inandığını bildirib və hesabatı dəstəklədiyini deyib.

Milli Koordinator isə millət vəkillərinin qaldırdığı məsələlərə cavabı zamanı millət vəkili Q.Paşayevanın qaldırdığı məsələlərə də toxunub.

O, bildirib ki, maarifləndirmə istiqamətində işlər bundan sonra daha da artacaq. Digər məsələyə gəlincə isə o, bildirib ki, əslində bu insanların hamısı ilə bağlı axtarış tədbirləri görülüb:

“Sadəcə, onların bir hissəsi başqa ölkələrdə olduqları üçün onların ölkəmizə ekstraditsiyası ilə bağlı işlər davam etdirilir. Seyfulla Əzimov deyib ki, onların hamısının ölkəmizə gətirilərək ədalət qarşısında cavab verməsi üçün işlər görülür. Onların Azərbaycana gətirilərək ədalət qarşısında cavab vermələri mütləq şəkildə təmin olunacaq”.

Etikxeber.az

Read Previous

“Dövlətimiz bizi naümid qoymayacaq…”-BƏHRUZ MƏHƏRRƏMOV BAŞ NAZİRDƏN NƏ XAHİŞ ETDİ?

Read Next

Dibala “Yuventus” klubu ilə beşillik müqavilə-İMZALAYACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir