Bu klub son dörd ildə komandada çıxış edən futbolçusu ilə yollarını ayırdı…

Mövsümün ikinci hissəsinin hazırlıqlarını Antalyada davam etdirən Ağdamın “Qarabağ” komandası bir futbolçu ilə yollarını ayırıb.

Etikxeber.az klubun saytına istinadla xəbər verir ki, komandanın yarımmüdafiəçisi Coşqun Diniyev “Sabah”ın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, 23 yaşlı futbolçunun müqaviləsi bu mövsümün sonunda başa çatacaqdı.

2015-ci ildən komandada çıxış edən Ş.Diniyev 112 matça çıxıb və 5 qolla yadda qalıb.

Qeyd edək ki, bu, Ağdam təmsilçisinin qış fasiləsində müqaviləsinin ləğvinə qərar verdiyi ilk futbolçudur.

Etikxeber.az

Read Previous

Gəlmişəm ki, “Qarabağ”ın bir parçası olum… – ALMEYDA – FOTOLAR

Read Next

Həmsədrlər və nazirlər yenidən bir araya gələcəklər – XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir