“Bu, kökü qədimlərə gedən dövlətçilik ənənələrimizə sayğının təsdiqidir” – MİLLƏT VƏKİLLƏRİ

“2018-ci ilin “Cümhuriyyət İli” elan olunması dövlətimizin öz tarixinə sahiblənməsinin göstəricisidir”

DEPUTATLAR ÖLKƏ PREZİDENTİNİN ADDIMINI YÜKSƏK QİYMƏTLƏNDİRDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Dövlət başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.İ.Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

prez-nazir

Etikxeber.az xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə də ölkə Prezidentinin 2018-ci ili ölkə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini təqdir edib və yüksək qiymətləndirib.

aydinnn

Millət vəkili bu addımı həm də dövlətimizin öz tariximizə sahiblənməsi kimi dəyərləndirib.

“Cənab Prezidentin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətimizin öz tarixinə olan bağlılığının və ona daima sahib olmasının göstəricisidir” – deyə, millət vəkili sözlərinə əlavə edib.

sahib_aliyev_054_436

Millət vəkili Sahib Alıyev  öz növbəsində hesab edir ki, ölkə Prezidenti öz çıxışlarında dəfələrlə Heydər Əliyev siyasi kursuna sadiq qalacağını vurğulayıb və atdığı addımlar, yeritdiyi siyasətdə də bunu görmüşük, görürük:
“Dövlət başçımızın 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi də həm kökü çox qədimlərə gedən dövlətçilik ənənələrimizə sayğının, həm də Heydər Əliyev kursuna sadiqliyin növbəti təsdiqidir. Burada xatırlatmaq yerinə düşər ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını da dövlət rəmzimiz kimi Naxçıvanda ilk qaldıran məhz Ulu Öndər olmuşdu”.
Etikxeber.az

Read Previous

Prezident 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi – FOTO

Read Next

“Prezidentin qərarı ADR-in mirasını qoruyub-saxlamağa xidmət edir” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir