“Bu komitə benzinin tərkibinə, tibbi avadanlıqların keyfiyyətinə nəzarət etməlidir” – DEPUTAT

Deputat Standartlaşdırma Komitəsinin səlahiyyətlərinin artırılmasını təklif edir

Millət vəkili Vahid Əhmədov  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətlərinin artırılmasının tərəfdarıdır.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili deyib ki, bunun üçün ilk növbədə Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müzakirəsinə çıxarılan  və birinci oxunuşda plenar iclasa tövsiyə edilən “Standartlaşdırma haqqında”  yeni qanun layihəsinə bəzi əlavələr və dəyişikliklər edilməlidir.

VAHİDDD

“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi elə-belə qurum deyil, ciddi dövlət qurumudur, o, ölkəyə daxil olan və ölkədə istehsal olunan məhsulların tərkibinə, keyfiyyətinə nəzarəet edən və buna cavabdehlik daşıyan orqandır. Ona görə də həmin qurumun səlahiyyətləri daha da artırılmalı və genişləndirilməlidir. Bunun üçün də ilk növbədə qanunvericilik bazası olmalıdır. Yəni, komitəmizin müzakirəsindən keçərək, plenar iclasa tövsiyə olunan “Standartlaşdırma haqqında” yeni qanun layihəsinin növbəti oxunuşunun müzakirələrinə kimi, həmin sənədə bir sıra vacib dəyişikliklər, əlavə edilməlidir.

Məsələn, bu gün çoxlarımız avtomobildən istifadə edirik və çox zaman da benzinin keyfiyyətindən şikayətlənirik. Odur ki, həmin benzinin tərkibinin, keyfiyyətinin yoxlanılması üçün adıçəkilən qurumun buna səlahiyyəti olmalıdır və belə bir səlahiyyət onlara verilməlidir ki, bu məsələdəki problemlər arardan qaldırıla bilsin. Bununla yanaşı, ölkəmizə gətirilən tibbi avadanlıqların keyfiyyəti yoxlanılmalı,  onların insan orqanizminə zərərli olub-olmadığı müəyyənləşdirilməlidir. Bəlkə həmin tibbi avadanlıqlar heç istifadəyə yararlı deyil? Axı, söhbət insan sağlamlığından gedir?! Bu baxımdan, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ölkəyə gətirilən tibbi avadanlıqların keyfiyyəti məsələsinə nəzarət etməsi də mütləqdir və vacibdir. Yəni, bu məsələlər bütövlükdə qanunvericiliklə nəzərdə tutulmalı və tənzimlənməlidir” -deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Əli Həsənov Volonte barədə Milan məhkəməsinin bəraət qərarını şərh etdi…

Read Next

Məsuliyyətsizlik nəticəsində neçə-neçə ailələr, insanlar əziyyət çəkir – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir