“Bu körpələrin günahı nədir?” – MƏLAHƏT İBRAHİMQIZI

“Ermənistandan olan həmkarlarımız, xüsusilə xanım Tandilyan bizdən inciyir ki, guya burada onlara qarşı ittihamlar irəli sürülür. Əslində bizim deməyə sözümüz çoxdur”.

Etikxeber.az  məlumat verir ki, bunu Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, təhsil, mədəniyyət, vətəndaş cəmiyyəti komitəsinin sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı erməni deputatlara cavab verərkən deyib.

Bakıda “Avronest” PA çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfransında iştirak edən erməni deputatların iddialarına münasibət bildirən M. İbrahimqızı 25 ildən çoxdur ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığını, milyondan çox azərbaycanlının öz torpaqlarından didərgin düşdüyünü xatırladıb.

“Bundan başqa, indiyə qədər atəşkəs dövründə 44 körpə uşaq erməni silahlılarının atəşinə tuş gəlib. Bunlardan biri, 2 yaşlı Zəhra iki ay əvvəl öldürüldü. Mən başa düşürəm ki, müharibənin öz qanunları var, amma bu körpələrin günahı nədir? Hər hansı ölkədə əgər körpələr, analar, bacılar güllələrə tuş gəlirsə, o zaman biz hansı davamlı inkişaf məqsədindən danışa bilərik? Hansı əks arqumenti dilə gətirmək mümkün olar? Burada heç kəs heç kəsi ittiham etmədi. Sadəcə, baş verənləri həmkarlarım sadəcə qısa şəkildə dilə gətirdi. Qonşu ölkəyə torpaq iddiası olan, onun ərazilərini işğal edən ölkənin deputatı olaraq siz yaradılan fürsətdən istifadə edərək bizimlə birlikdə oturub fikirləşməlisiniz ki, bunu necə aradan qaldırmaq olar”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

“Mənim anam bakılıdır- şəhəri bir az tanıyıram…” – ERMƏNİ DEPUTAT

Read Next

“Mədəniyyətlər və dinlərarası dialoqun bütün səviyyələrdə təşviqinə böyük önəm veririk” – NAZİR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir